Zerdab.com saytından daha bir yenilik

1
33

Zerdab.comAzərbaycanın ilk peşəkar və operativ region saytı olan Zerdab.com daha bir maraqlı yeniliyə imza atıb. Belə ki, bundan sonra saytın yazılarına abunəlik mümkündür. Zerdab.com-un yazılarına abunə yazılmağın üstünlüyü ondadır ki, saytda yayımlanan hər bir yazı birbaşa sizin emailinizə göndəriləcək. Müəyyən insanlar var ki, işləri və ya digər şəxsi məsələləri ilə əlaqədar saytları daimi izləyə bilmirlər, ancaq emaillərini hər gün, hər saat yoxlayırlar. Zerdab.com bu cür oxucular üçün abunəlik sisteminə keçməklə onların işini bir növ asanlaşdırmış oldu. Belə ki, saytda yazılar yayımlandıqca abunə olanların emailinə bu barədə bildiriş və ya yazının linki göndəriləcək. Beləcə, emaildən ayrılmadan yazıları oxumaq mümkün olacaq. Emailə təkcə yazılar yox, həm də fotolar göndəriləcək.

Zerdab.com-un tətbiq etdiyi başqa bir yenilik isə saytda yayımlanan şərhlərlə bağlıdır. Tutaq ki, saytda yayımlanmış hansısa yazı sizin üçün çox önəmlidir və o yazıya gələn hər bir şərhi oxumaq istərdiniz. Bunun üçün hər dəfə o yazını təkrar-təkrar açıb yeni şərh gəlib-gəlmədiyini yoxlamağa ehtiyac qalmayacaq. Həmin yazının alt hissəsindəki “Beni sonraki yorumlar için e-posta ile bilgilendir” bölməsini seçib emailinizi daxil etdiyiniz təqdirdə, hətta bir il sonra da həmin yazıya gələn şərh birbaşa sizin emailinizə də yönləndirilmiş olacaq.

Zerdab.com saytının yazılarına, xəbərlərinə abunə olmaq üçün isə istənilən bir yazının altındakı “Beni yeni yazılarda e-posta ile bilgilendir” bölməsini seçib emailinizi daxil etmək kifayətdir. Hər iki xidmətdən yararlanmaq pulsuzdur…

Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Səlim bəy oğlu Zərdabinin (Məlikovun) doğulduğu bölgəni təmsil edən Zerdab.com saytı bundan sonra da yenilikləri tətbiq etməkdə davam edəcək. Bizi izləyin…

Redaksiya.

 

1 comment

Comments are closed.