“Tovuz.org”saytı fəaliyyətə başladı

0

Tovuz.orgBu günlərdə Tovuz və ətraf bölgə haqqında insanları məlumatlandırmaq üçün Tovuz.org saytı istifadəyə verilib. Saytda Tovuzun tarixi abidələri, muzeyləri, önəmli tarixi hadisələri barədə maraqlı yazılar və xəbərlər öz əksini tapacaq.

Burada Tovuzda görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumatlar da öz əksini tapacaq. Tovuz.org saytında təhsil, incəsənət, elm sahələri haqqında xəbərlər də yer alacaq. Bundan əlavə, Tovuzda sosial-iqtisadi, təhsil, mədəniyyət, səhiyyə təsərrüfat sahələrində görülən işlər barədə məlumatlar yer alacaq. Tovuzun inkişafı, yeni müəssisələrin tikilməsi, abadlıq işlərinə geniş yer verilməsi, əhaliyə göstərilən diqqət və qayğı haqqında bölgə sakinləri və digər vətəndaşlarımız Tovuz.org saytı vasitəsi ilə məlumat ala biləcəklər. Bölgədə keçiriləcək tədbirlər, bayramlar, idman, incəsənət və digər sahələr barədə videoları və şəkilləri oxucular çətinlik çəkmədən saytdan izləyə biləcəklər. Tovuz.org saytını izləyin.

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

12 − 1 =