AFFA və “Coca-Cola” Zərdabın Gəlmə kəndində futbol yarışı keçirir

2
36

Zərdab rayonu      Zərdab rayonu Gəlmə kənd tam orta məktəbində AFFA və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı ilə baş tutan “Coca-Cola məktəbli kuboku” adlı layihənin açılış mərhələsi keçirilib. Layihənin məqsədi uşaq futbolunun inkişafı və futbolun kütləviliyinin təmin olunmasıdır. Bu barədə Zerdab.com saytına Zərdab Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda orta ümumtəhsil məktəblərin VII sinif şagirdlərindən ibarət 17 komanda iştirak edir. AFFA-nın və “Coca-Cola” şirkətinin nümayəndələrinin də iştirak etdikləri tədbirdə hər bir məktəbliyə “Coca-Cola” şirkəti tərəfindən “Coca-Cola” içkisi paylanıb. Yarışın bir neçə gün davam etməsi və finala çıxan komandanın zona mərhələsində iştirakı nəzərdə tutulur.

Zerdab.com

Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

2 ŞƏRH

Comments are closed.