Zərdabda məşğulluqla bağlı tədbir keçirildi – Fotolar

0

Zərdab-rayonuZərdab Rayon Məşğulluq Mərkəzində  “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda dəyirmi masa keçirilib.  Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan Zerdab.com saytına verilən xəbərə görə, tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının baş məsləhətçisi Şövqi Qafarov, məktəb direktorları, körpələr evi-uşaq bağçasının müdirləri, Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və digər təşkilatlar,  ümumilikdə 50 nəfərdən çox işəgötürən iştirak edib.

Tədbiri Zərdab Rayon Məşğulluq Mərkəzinin direktoru Ədalət Rəhimov açaraq Dövlət Məşğulluq siyasətinin əsas icraçısının məşğulluq xidməti orqanları olmasına baxmayaraq, müvafiq qanunvericiliyin bu sahədə işəgötürənlərin də üzərinə müəyyən öhdəliklər qoyduğunu bildirib və “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işəgötürənlərin məşğulluğa dair statistika hesabatlarını təqdim etməklə Dövlət Məşğulluq siyasətinin icrasında və buna nəzarətin həyata keçməsində bilavasitə iştirak etməli olduqlarını qeyd edib .

Tədbirdə Sarıqaya kənd tam orta məktəbinin  direktoru Eyyub Abdıyev, şəhər ümumu orta məktəbinin direktoru  Ağasəlim İsmayılov,  Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri Natəvan Əsgərova çıxış edərək belə tədbirlərin keçirilməsinin   vacibliyini və əhəmiyyətini vurğulayıblar.

Sonda iştirakçılara “Məşğulluq Haqqında” Azərbaycan Respublikası Qanununun  tələbləri baxımından məşğulluğa dair statistika hesabatlarının vaxtında, düzgün  və tam olaraq təqdim edilməsinin vacibliyi bir daha xatırladılıb.

Zərdab-rayonuZərdab-rayonuZərdab-rayonu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fourteen − one =