YAP-ın yaradılmasının 21-ci ildönümü qeyd edildi

1

YAPBu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci il dönümü münasibətilə tədbir keçirilib.

Zerdab.com saytı Yeni Azərbaycan Partiyasına istinadən xəbər verir ki, tədbirdə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və partiyanın gənc fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini – İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biri olduğunu bildirib. YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya Azərbaycan siyasi palitrasına yeni baxışlar gətirib.
“21 il öncə yaradılmış partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 21 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib” deyən YAP Sədrinin müavini 2013-cü ilin oktyabr ayında keçirilən prezident seçkilərində partiyanın liderinin növbəti möhtəşəm qələbə qazandığını vurğulayıb. Əli Əhmədov gələcəkdə də dövlətimizə və xalqımıza böyük faydalar veriləcəyini qeyd edib.
Toplantıda daha sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov çıxış edərək Yeni Azərbaycan Partiyasının 21 il ərzində keçdiyi yol haqqında fikirlərini bildirib.

YAPYAPYAP

1 comment

  1. Yeni Azerbaycan Partiyasi dunenin bu gunun ve geleceyin partiyasidir soylemisdi Ulu Onderimiz Umumi Milli Liderimiz Heyder Aliyev xalqimizi nurlu sabaha geleceye aparan xalqin qaydina qalan sulh eminamanliqla dinc heyatda yasamasi ucun elinden geleni eden Ulu Onderimizdi Umumi Milli Liderimiz hakimiyete geldi Yeni Azerbaycan Partiyasi yaratdi yeni azerbaycan partiyasinin 21 iliydi bu munasibetle butun azerbaycan xalqini tebrik edirem

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 + 4 =