Məhəmməd bəy Məlikov Əlvəndi

0

MƏHƏMMƏD BƏY MƏLİKOV ƏLVƏNDİ – (1872-1918) . Şamaxı quberniyasının Zərdab bölgəsinin Əlvənd kəndində anadan olmuşdur. (“Azərbaycan sovet ensiklopediyası”nda doğulduğu yer səhvən Şamaxı göstərilmişdir). Məhəmməd bəy H. Zərdabinin qardaşı oğludur. Uşaqlıqdan mütərəqi ziyalıların əhatəsində olmuşdur. Azərbaycan dilini mükəmməl bilməklə rusca da yaxşı danışır, sərbəst yazırmış. XIX əsrin sonlarına yaxın Məhəmməd bəy Bakıya gəlir, tezliklə dövrün qabaqcıl, ziyalı insanları ilə ünsiyyət yaradır, bir müddət müstəntiq yanında dilmanc işləyir. Sonralar vəkillik də edir.
M.Əlvəndi H. Zərdabi başda olmaqla Məlikovlar nəslinin Midhəd bəy (H.Zərdabinin oğlu), Rəhim bəy, İsgəndər bəy kimi oğulları ilə bərabər müxtəlif vaxtlarda Bakı teatrlarında aktyorluq etmişdir. Məhəmməd bəy səhnə fəaliyyətinə 1890-cı illərdə başlamış, tamaşalarda zəngin obrazlar yaratmışdır. Bu teatr fədaisi gah inzibatçı, gah rejissor olmuş, bəzən aktyorların geyim-kecimlərini hazırlamış, hətta qrimçini əvəz etmişdir. Müsəlman dram teatrı cəmiyyətinə birinci üzv yazılan Hüseyin Ərəblinski, Əbülfət Vəli və Məhəmməd bəy Əlvəndi olmuşlar.
H.Zərdabinin redaktorluğ ilə çıxan “Kaspi” qəzetində 1908-ci il noyabrın 4-də Məhəmməd bəy bir dəstə müsəlman ziyalısı ilə “Nicat” cəmiyyəti nəzdində teatr qrupu təşkil emək təşəbbüsü ilə çıxış etmiş, imkanlı müsəlmanları bu işə maddi və mənəvi kömək göstərməyə çağırmışdır. İki gün sonra- noyabrın 6-da Bakı şəhər teatrında N.Qoqolun “Müfəttiş” əsərinin tamaşaya qoymuş, M.Əlvəndi Osipi, H.Ərəblinski Dobçinski rolunu oynamışlar.
Bütün varlığı ilə Azərbaycan teatrının tərəqisinə xidmət edən M.Əlvəndinin ömrünün son illəri ehtiyac və üzüntü içində keçdi. Millətini çox sevən, səhnə obrazları ilə insanları ədalətə və birliyə çağıran Məhəmməd bəy Əlvəndi həyatının son illərində küskün, incik bir ömür yaşadı. 1918-ci ilin mart qırğınlarını gözləri ilə gördü və erməni vəhşiliyindən, bu soyqırımdan sarsıldı, havalandı, ruhi xəstəliyə düçar olaraq tənhalıq icərsində, ruhi xəstə vəziyyətində vəfat etdi.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fourteen + 13 =