Bölgə saytları sırasına Naxcivanxeber.com da qoşuldu

0
19

Naxcivanxeber.comYenicə fəaliyyətə başlayan “naxcivanxeber.com” saytı qarşıya bir sıra məqsədlər qoyub. Şəhərin tanıdılması və təbliği, burada görülən işlərin geniş ictimaiyyətə çatdırılması saytın əsas hədəfləri sırasındadır. Saytda Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət-incəsənət, idman sahələrinə aid xəbər və məqalələr yayımlanacaq, bu sahələr üzrə xidməti olan insanlar oxuculara tanıtdırılacaq. “naxcivanxeber.com” saytında həmçinin burada yaşayan əhalinin adət-ənənəsi, buranın mətbəxi barədə zəngin informasiyalar yayımlanacaq. Yaxın gələcəkdə saytda Naxçıvan şəhəri ilə maraqlanan istənilən şəxs ona lazım olan hər bir informasiyanı əldə edə biləcək. Gələcəkdə bu bölgəyə səfər etmək istəyən turistlər də saytın xidmətlərindən yararlana biləcəklər. Belə ki, “Naxcivanxeber.com”da bu bölgədə fəaliyyət göstərən turizm obyektləri, gəzməli, tanımalı, görməli yerlər, turistlər üçün əlverişli olan bölgələr, əyləncə kompleksləri, otellər haqqında ətraflı məlumatlar da yerləşdiriləcək. “naxcivanxeber.com” saytının digər saytlardan üstünlüyü ondadır ki, burada xəbərlər həm yazılı, həm də video şəklində yayımlanacaq. Oxucular çətinlik çəkmədən saytı izləyə biləcəklər. Saytda oxucuların fikir və təkliflərini nəzərə alaraq, məktublar bölməsi də aktiv fəaliyyət göstərəcək. Bu gün Naxçıvan Azərbaycanın ən sürətlə inkişaf edən şəhərlərdən biridir. Odur ki, bu inkişafı “Naxcivanxeber.com”dan izləyə bilərsiniz.