Fədakarlığın əsl adı təmənnasızlıqdır

12

GDİB(“Gəncliyə dəstək” İB -nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Zərdab rayonunda “Aktivəmsə , varam” adlı layihə çərçivəsində keçirdiyi təlim-kurs çox keçmədi ki, öz ilkin nəticəsini verdi….)

Öz Vətənini, öz azadlıq və istiqlaliyyətini sevən, millətinin mənəvi dəyərlərini yaşada bilən bir xalqın ruhunu məhv edə biləcək bir qüvvə yoxdur. Layiqli irs qoyub gedənlərin yerini, onların gözəl ənənələrini davam etdirəcək yeni qüvvələr var. Əgər xalqımızın tarixində xeyriyyəçilər, təşəbbüskarlar, könüllülər olmasaydı, bu gün millətlər sırasında belə hörmətlə anılmazdıq. Təbii ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.5.9-cu bəndinə gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi maddəsi daxil edilərkən xalqımızın həmişəyaşar ənənələrinin indi də davam etdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gəncliyə dəstək” ictimai birliyinin bu günlərdə Zərdabda həyata keçirdiyi “Aktivəmsə , varam” layihəsi belə bir ideyanı aşılayır. Cəmiyyətin faydalı bir halqası, fərdi olmaq üçün hər bir gənc sadəcə özü üçün yox, ailəsi, ətrafı, cəmiyyəti, dövləti və bütün insanlıq üçün faydalı bir şəxsiyyət olmalıdır. Çünki təmənnasız, sadəcə kiməsə fayda vermək naminə, gözəl dəyərləri yaşatmaq naminə fəaliyyət göstərməyə çalışan gənclərimiz sabah vicdanlı, vətənpərvər və insani keyfiyyətlərlə zəngin bir mütəxəssis, məmur olacaqdır. Bu ali məqsədi reallaşdırmaq üçün “GD” İB-nin sədri Eldar Xəlilov və birliyin təlimatçıları orta məktəblərdə şagirdlər üçün maarifləndirici seminarlar təşkil etmişdir. Əvvəlcə 20 nəfər könüllüdən ibarət “Könüllü Gənclər Klubu” yaradıldı və klub üzvlərinə 2 günlük təlim-kurs keçirildi. Könüllülərlə rayon ƏSMM-nin sosial işçilərinin, rayon gənclər və İdman idarəsinin, QAC rayon bölməsi nümayəndələrinin görüşləri keçirildi. Praktik fəaliyyətdə Könüllü Gənclər Klubunun könüllüləri ərazidə yaşayan kimsəsiz qocaların birgünlük işinə yardım etdilər.

Layihə çərçivəsində keçirilən təlim-kurslar çox keçmədi ki, öz səmərəli nəticəsini verdi. Təlim-kursda iştirak edən bir neçə gənc müəllim oxumaq qabiliyyəti və həvəsi olan imkansız ailələrin uşaqlarını pulsuz, könüllü fəaliyyət olaraq ali məktəblərə hazırlamaq niyyətində olduqlarını bildirdilər. Təmənnasız xidmət göstərmək istəyən gənc müəllimlərlə hörmətli izləyicilərimizi də tanış etmək istəyirəm. 1.Pərviz Bəşirov-Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ; 2.Elçin Rəhimov-tarix fənni üzrə; 3.Aqil Xəlilov-riyaziyyat fənni üzrə; 4.Muxtar Əlizadə-tarix fənni üzrə. Adları qeyd olunan bu müəllimlərlə əlaqə saxlamaq istəyənlər “GD” ib-nin ofisinə müraciət edə bilərlər.

Azərbaycan tarixində öz millətinin inkişafı üçün əvəzsiz xidmət göstərənlər onlarcadır, bəlkə də yüzlərcədir. Belə xeyirxahlar cərgəsində dahi həmyerlimiz Həsən bəy Zərdabinin öz izi, öz cığırı var. Bu böyük şəxsiyyət öz xalqının tərəqqisi naminə elə bir yol açıb ki, bu yolla bu gün də gedənlər var. Bu yolun adı fədakarlıq, bu fədakarlığın əsil adı isə təmənnasızlıqdır.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”nin müxbiri.

GDİBGDİB

12 ŞƏRH

  1. Eldar müəllimin fəaliyyəti haqqında məlumatım vardı. Amma Tərlan xanımın bu yazısından sonra ,,Gəncliyə dəstək” İB-nin həyata keçirdiyi tədbirlər mənə çox gözəl təsir etdi.Hörmətli müəllif,qələminiz həmişə belə iti olsun.Gələcək yazılarınızı gözləyirik.

  2. “Gəncliyə dəstək”” İB-nin yazıda göstərilən tədbirini çox bəyəndim.Başkalarına dəstək olmaq allaha xoş gedən bir işdir.Müəllifə də minnətdarlıq edirəm.

  3. Tərlan müəllim bizim ən zövqlü oxucularımızdandır.Bəlkə yazıları buna görə belə oxunaqlıdır.

  4. Tərlan müəllim, bütün yazılarınız kimi ,,fədakarlığın əsl adı təmənnasızlıqdır” adlı məqaləniz də mənim çox xoşuma gəldi.Yazan əlləriniz var olsun! Hesab edirəm ki, Eldar müəllim bu yazını oxuyanda nə qədər təsirlənəcək.

  5. Çox sağ ol , Tamilla ! Sənə və bütün münasibət bildirənlərə minnətdaram.

  6. DÖRD GƏNC MÜƏLLİMİN KÖNÜLLÜ OLARAQ ALİ MƏKTƏBLƏRƏ İMKANSIZ AİLƏLƏRİN UŞAQLARINI HAZIRLAMASI ALLAHA VƏ İNSANLARA XOŞ GEDƏN BİR İŞDİR.ARZU EDİRƏM Kİ,ELDAR MÜƏLLİM BU FƏALİYYƏTLƏRİNİ DAVAM ETDİRSİN.MÜƏLLİFƏ MİNƏTDARAM.

  7. MƏN TƏRLAN MÜƏLLİMİN BU YAZISINI OXUDUM GƏNCLİYƏ DƏSTƏK İCTİMAİ BİRLİYİ HAQQINDA ÇOX ŞEY ÖYRƏNDİM.

  8. Az.QAC Zərdab rayon bölməsinin gördüyü işlər daha çoxdur.Belə ki, rayon Bölməsi öz uçotunda olan tənha qocalara, imkansız ailələrə, hər iki valideynini itirmiş uşaqlara daima diqqət və qayğı göstərməklə yanaşı hər zaman imkan daxilində onlara maddi köməklik göstərir.Tərlan xanım sizdə çox sağolun ki, bizim kimi ictimai təşkilatların işini cəmiyyətin diqqətinə çatdırırsınız. Sizə öz təşəkkürümüzü bildiririk.

  9. Hörmətli Azadə xanım , Sizi salamlayıram və fəaliyyətinizi həmişə izləyirəm.QAC rayon bölməsinin işini bütünlükdə dəstəklədiyimi bildirirəm.Elə bu yaxınlarda-5 dekabr beynəlxalq könüllülər günündə keçirdiyiniz iməclik hər kəsdə təşkilatınıza qarşı daha bir rəğbət hissi oyatdı. Bundan bir qədər əvvəl noyabr ayının sonlarında rayonun pambıq zavodu ərazisində yerləşən Abbasova Tahirə Ağahüseyin qızının ailəsində olmusunuz və üç uşaqlı bu imkansız ailəyə QAC rayon bölməsinin ayırdığı məişət əşyaları, ən zəruri ehtiyac duyulan gündəlik tələbat malları təqdim etmisiniz.həqiqətən də QAC rayon bölməsinin gördüyü işlər daha çoxdur.Fəaliyyətinizdə sizə uğurlar arzulayıram və dəyərli işinizi işıqlandırmağı özümə borc bilirəm.

  10. Salam Azade xanım. Biz de Size teşekkür edirik ki, saytımızı izleyirsiniz. QAC rayon bölməsinin keçirdiyi tedbirler, gördüyü işleri Zerdab.com saytında her zaman işıqlandırmağa hazırıq. Terlan xanıma biz de teşekkür edirik.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen + 2 =