Zərdab rayonunda sahilbərkitmə işləri davam etdirilir

0
22
Kür çayı
Kür çayı

Kür çayının 87 kilometri Zərdab rayonunun ərazisindən keçir. Odur ki, Zərdab şəhərinin, eləcə də rayonun sahilyanı ərazilərdə yerləşən 24 yaşayış məntəqəsinin və min hektarlarla əkin sahəsinin daşqın təhlükəsindən mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Zerdab.com saytı AzərTAc-a istinadən xəbər verir ki, Kür çayının rayon ərazisindən keçən və ən çox daşqın təhlükəsi olan 15 kilometrlik hissəsində sahilbərkitmə işləri aparılıb. Belə ki, çayın Zərdab şəhəri və Sarıqaya kəndi ərazilərindən keçən hissəsinə beton bənd çəkilib, Məlikli, Bıçaqçı, Yuxarı Seyidlər kəndləri ərazisində isə yeni layihə əsasında bəndbərkitmə işləri aparılıb.

Hazırda rayonda sahilbərkitmə işləri davam etdirilir.