Zərdab rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib

0
30

Zərdab rayon Mərkəzi Kitabxanası Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar  Zərdab rayon Mərkəzi Kitabxanasında  “Qəlbimizdə yanan işıq” adlı  ədəbi-bədii  kompozisiya keçirilib.

Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq Ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

Sonra Kitabxananın əməkdaşı Cəmalə Feyzullayeva “Azərbaycanı dünyaya tanıdan şəxsiyyət” mövzusunda çıxış edib.

Tədbir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Qəlbimizdə yanan işıq” adlı kompozisiya ilə davam edib.

Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, 1, 2 və 3 saylı məktəbin müəllimləri, Tarix–Diyarşünaslıq  muzeyinin, Həsən Bəy Zərdabi muzeyinin əməkdaşları “Əkinçi” qəzetinin əməkdaşı, MKS-nin əməkdaşları ümummilli liderin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən müzakirələr ediblər.

Zərdab RİHBA-nın informasiya təminatı və təhlil sektoru