Qanadsız quş misalı

0
22

kiçik qızNə yazım? Nə deyim? Yazım. Ama görüm sonu nə olacaq.

Bəzən özümü elə yarımçıq his edirəm ki. Sözlər kifayət etmir anladım bu hissi. Kimsəsiz ada, qanadı qırıq quş oluram sanki. Həyatımda kiminsə nəfəsi çatmır deyə düşünürəm. Hə, ən çox da Yanvar ayında bu hissi yaşayıram. Niyə Yanvar? Deyəcəm indi niyəsini.

Yanvar mənim və onun doğulduğu aydır. Dekabrın son həftəsi mütləq idi ki, evdə təbii şam ağacı olmalı idi. Axşam yatırdıq, gecənin bir yarısı oyanırdıq ki, evin ortasında uzun bir şam ağacı var. Hə, mənim şaxta babam hər kəsdən əvvəl bizim hədiyəmizi gətirirdi. Sevinə-sevinə bəzəyirdik yeni il ağacımızı. Ən üstdə ulduzu yerləşdirirdi o. Üstünün bəzəyini isə qardaşımla mən edirdim.

Ondan sonra mən bayrama nifrət edirəm. Əvvəlki dadı yoxdu artıq yeni ilin. Evimizdən təzə şam ağacının və onun ətri əksikdir illərdir.

Hə, bir də mütləq idi. «Starıy novıy qod» keçirilməli idi. Həmin gün həm də onun ad günü olurdu. Hamını bir süfrə arxasına yığırdı. Bir neçə gün sonra isə mənim ad günümü qeyd edirdik. Yadımdadı, son hədiyəsi mənə yeriyən gəlincik oldu. Indiyədək saxlayıram onu..

Bilirsiz, o mənim üçün əvəz olunmaz bir şəhzadədir. Onsuz çox çətindi. Belə bir söz var: müharibədə komandirsiz qalmaq kimidir atasız qalmaq. Çox doğru ifadədir. Bi hissi yaşamayan bilməz nə deməkdir.

Bilirəm, o məndən küsüb. Yuxularıma da gəlmir artıq. Onun qəbrini ziyarət edə bilmirəm. Sanki bu hərəkətimlə onun yoxluğunu, öldüyü fikrini boykot edirəm. Onu orda hərəkətsiz şəkildə görmək ağırdı mənə. Axı heç vaxt o belə sakit olmayıb. Həmişə bizim üçün çalışıb, vuruşub. Təki biz yaxşı olaq deyə. Indi olmur. Mən onu belə qəbul edə bilmirəm.

Həmişə deyirəm çıxıb gedəcəm burdan. Qalmayacam. Bu sözü dedikdən sonra düşünürəm. Getdim, yaxşı. Bəs onu burda kimlə qoyub gedəcəm? Mən onu kimə əmanət edəcəm? Bu sualar çox yandırır canımı.

Bayaq dedim e, qanadsız quş deyə. Hə, ata, sənsiz qanadı qırıq quş kimiyəm. Uça bilmirəm. Daralıram, ata. Məni bu vaxtımda tək qoyduğun üçün bağışlaya bilmirəm səni.

Fidan Cahangir