Zərdabda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirildi – Foto

1

Zerdab

 

Dekabr ayının əvvəlindən başlayaraq Zərdab rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilməkdədir. Uşaq bağçaları, ümumtəhsil məktəbləri Ümummilli liderin adını daşıyan parkda ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxa və foto-stendlərə baxış keçiriblər. Bu gün Zərdab rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.

Mərasim iştirakçıları – məktəblilər, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri və rayonun bütün əmək kollektivlərinin üzvləri əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev ulu öndərin həyat fəaliyyəti ilə bağlı “Heydər Əliyev yeni, müstəqil, demokratik Azərbaycan dövlətinin memarıdır” mövzusunda geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ulu Öndərin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev qüdrətli siyasi xadim, əvəzolunmaz tarixi şəxsiyyət və əsl Azərbaycanlı idi. L.mBabayev vurğulayıb ki, Heydər Əliyev 20-ci yüzilliyin canlı tarixi, yeni, Müstəqil Azərbaycanın qurucusu kimi əlçatmaz zirvə fəth edib. Özünə əbədiyaşarlıq statusu qazanmış Ümummilli lider siyasi və ictimai fəaliyyəti ilə  öz xalqının və Azərbaycanın çağdaş tarixində elə bir iz qoyubdur ki, bu gün Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyildir. Ulu Öndərin bu xidmətləri Heydər Xalq – Xalq Heydər kəlamında öz təsdiqini tapmışdır.

Məruzəçi Azərbaycan dövlətinin sükanının bu gün də etibarlı əllərdə olmasını məmnunluqla vurğulayıb, son 10 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də regionlarda görülən genişmiqyaslı abadlıq və quruculuq işlərindən, insanların sosial problemlərinin həlli istiqamətində atılan cəsarətli addımlardan müstəqil Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan bəhs edib.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə baxıblar. Sonra mərasim iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım gününə həsr olunmuş divar qəzetlərinə baxış müsabiqəsində qalib gəlmiş divar qəzetlərinin və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitabların sərgisi ilə tanış olublar.

Gün ərzində rayonun bütün məscidlərində Ümummilli lider Heydər Əliyevin xatirəsinin anım gününə həsr olunmuş dini mərasimlər təşkil olunub.

Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru

ZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdab

1 comment

  1. o dahi insan veteni ve xalqi ucun elinden geleni eden o dahi insan olmasaydi belkede azerbaycan xeriteden silinerdi belkede dunya muharibesi kimi olardi hakimiyete geldi Ulu Onderimiz qurub yaratdi sulh eminamanliq yaratdi biz bu gun dinc ve sakit sulh eminamanliq seraitda yasamaqimiz ucun Ulu Onderimize borcluyuq allah rehmet elesin qebri nurla dolsun sizinle biz fexr edirik Ulu Onderimiz

Comments are closed.