Təhsil işçilərimiz müəllimlərin XIV qurultayında – Foto

0
30
Baba Babayev - Gülağa İsgəndərov
Zərdab rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Gəlmə kənd orta məktəbinin direktoru Gülağa İsgəndərov Azərbaycan müəllimlərinin XIV qurultayından sonra.

“Bu gün universitetlərin elmi kadr və maddi bazasından ali təhsil müəssisəsindən kənarda demək olar ki, istifadə olunmur. Universitetlərdə gəlir mənbəyi kimi yalnız tələbələrin təhsil haqqı əsas götürülür. Ancaq dünyanın ən reytinqli təhsil ocaqlarında təhsil haqqı onların gəlirlərinin dörddə birini təşkil edir”. Zerdab.com saytı xəbər verir ki, иunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan müəllimlərinin XIV qurultayında çıxışı zamanı deyib. O bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitinə, elmi-pedaqoji heyətinin potensialına görə bütün ali ocaqları – istər dövlət, istər özəl – iki qrupa bölünməlidir: “Onlar adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır. Bu baş verdikdə biz yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin edə biləcəyik. Digər tərəfdən, ancaq tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq. Ali təhsil almaq istəyən və minimal tələbələrə cavab verən hər bir şəxs təhsilini vətənində adi universitetlərdə davam etdirmək imkanı qazanacaq. Qəbul göstəricilərindən asılı olaraq, ali məktəblər bir kateqoriyadan digərinə keçə biləcəklər”.

“Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması onun yüksək və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması və islahatların həyata keçirilməsi üçün ən vacib amildir”.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, müəllim peşəsinə istedadlı gənclərin cəlb olunması məqsədilə tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmləri həyata keçirilməlidir.

M. Cabbarov qeyd edib ki, hər bir müəllimi ixtisasartırma kurslarına cəlb etmək lazımdır.

Bununla əlaqədar müəllimlərin peşəkarlıq səviyyəsinin könüllülük əsaslarla yoxlanılmasının nəzərdə tutulduğunu deyən nazir vurğulayıb ki, attestasiya nəticəsində uğurlu nəticə göstərən müəllimlər üçün differensiyalaşdırılmış əmək haqqının verilməsi təmin ediləcək: “Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq. Onlara növbəti attestasiyaya hazırlaşmaları üçün imkan yaradılacaq. Müəllimlərin karyera inkişaf və fəaliyyətini stimullaşdırmaq üçün yeni sistemin yaradılması məqsədilə müvafiq addımlar atılacaq. İdarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin yenidən müəyyənləşdirilməsinə ehtiyac duyulur”.

Nazirin fikrincə, yerli qurumlar idarəetmə funksiyalarını tam olaraq öz əllərinə almalı, məktəblərdə vəziyyəti, kadrların yerləşdirilməsi, tədris prosesi ilə maraqlanmalı, lazımı dəstək göstərməlidirlər.

Azərbaycanın orta məktəblərində xarici dillərin tədrisinə ayrılan saatların sayı artırılmalıdır.  M. Cabbarovun sözlərinə görə, ibtidai təhsil səviyyəsində məntiqi düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsi əsas şərt kimi qoyulmalı, ana dili və riyaziyyatın tədrisinə böyük önəm verilməldir.

Nazir deyib ki, növbəti tədris ilində artıq təhsilalanların həftəlik və gündəlik dərs yükünü azaltmaqla paralel olaraq, tədris ilinin müddətinin artırılması istiqamətində addımlar atılacaq: “Bununla yanaşı, yuxarı siniflərdə məcburi və seçmə fənlər modelinin tətbiqi nəzərdə tutulur. Bu, yuxarı siniflərdə şagirdlərin meyl və maraqlarının nəzərə alınmasına və şagirdlərin ali məktəblərə qəbul imtahanlarına hazırlaşmasına kömək edir. Təmayüllü məktəb və siniflərin yaradılması istiqamətində işlərin daha da gücləndirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilir. Qurultayda təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Prezidenti Aministrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, baş nazirin müavini Elçin Əfəndiyev, dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir. Ümumilikdə, qurultaya 900-ə yaxın təhsil ictimaiyyətinin nümayəndələri qatılıb.

“Biliklərə əsaslanan cəmiyyətdə müəllimlər əsas istehsal qüvvəsidir. Ona görə də müəllimlərin qarşısında qoyulan çox önəmli məqsəd və strategiya ilk növbədə ictimaiyyət tərəfindən öyrənilməli və dərk edilməlidir”. Bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O, Azərbaycan müəllimlərinin 14-cü qurultayında çıxışı zamanı bildirib ki, gələcək nəsillərə öyrədilən  bilik və bacarıqlar  önəmlidir. 

“Müəllim daim zamanın nəbzini tutmaq üçün öz üzərində çalışmalıdır. Hesab edirik ki,  pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrində  bakalavr səviyyəsində,  tədris proqramı halında müasir qiymətləndirmə nəzəriyyəsi kursu öz əksini tapmalıdır.”- deyə M.Abbaszadə qeyd edib .

Azərbaycan Müəllimlərinin XIV qurultayında qətnamə qəbul olunub. Qətnaməni Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev oxuyub. Qətnamədə qeyd olunub ki, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında əsas məqsəd dünya ölkələri ilə inkişafda geriliyə yol verməmək, biliklərə əsaslanan iqtisadiyyat quruculuğunda insan kapitalını önə çəkməkdir. Qətnamədə vurğulanır ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsilin məzmunca yeniləşdirilməsi milli ənənələrə, modernləşmə meyllərinə tamamilə uyğun olaraq şəxsiyyət yönümlü təhsil sisteminin formalaşdırılmasına yönəlib. Aparılacaq islahatlar innovativ metodları tətbiq edən, səriştəli təhsil verənin formalaşmasına, müəllimin nüfuzunun yüksəlməsinə cavab verəcək. Təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsinə ehtiyac var.

Qətnamədə bildirilir ki, təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi ilə bağlı Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında yer alan müddəalar yeni maliyyələşmə mexanizminin yaranmasına imkan verəcək, Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasını təmin edəcək.

Qurultay iştirakçıları prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, həyata keçirilən daxili və xarici siyasəti dəstəkləyib. Qətnamədə prezidentin müasir təhsil sisteminin qurulması kimi zəfərə imza atacağı vurğulanıb.

Qeyd edək ki, qurultayda Zərdab rayonunun təhsil işçiləri nümayəndələri də iştirak ediblər. Zerdab.com saytı tədbirdən çəkilmiş fotoları təqdim edir.

Azərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayıAzərbaycan müəllimlərinin XIV qurultayı