Dekabrın 20-də Zerdab.com saytının ad günüdür

32
Zerdab.com
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev gənc jurnalist, həmyerlimiz, Zerdab.com saytının təsisçisi Nicat İsmayılova mükafat təqdim edərkən.

Sevimli Zerdab.com, ad gününü təbrik edirəm!

Qəribədir, texnologiya gözlərimiz önündə elə sürətlə inkişaf edir ki, geniş hesab etdiyimiz bu dünyanı ovcumuzda hiss edirik. Artıq Azərbaycan əhalisinin 70 faizi internetdən yararlanır. Bu o deməkdir ki, sadəcə kompyuterimizə qoşulmuş internet bizi az qala bütün dünyaya bağlayır. Hər kəsdən və hər yerdən xəbər tuturuq. Amma müasir dünyanın  möcüzələri nə qədər parlaq olursa-olsun, biz azərbaycanlılar üçün həmişə milli-mənəvi dəyərlərimiz, layiqli keçmişimiz və soy-kökümüzə bağlı gələcək uğurlarımız daha maraqlı olub. Məhz bu maraqlarımız bizi millətlər sırasında önə çıxarıb. Dəyərli həmyerlimiz, Zərdab rayonunun Qoruqbağı kənd sakini , gənc jurnalist Nicat İsmayılovun 2011-ci ilin 20 dekabrında təsis etdiyi Zerdab.com saytı ona görə izləyicilərin sevimlisi ola bildi ki, bu internet saytında gündəlik xəbərlərlə yanaşı, soy-kökümüzlə bağlı araşdırmalar, dahi həmyerlimiz Həsən bəy Zərdabinin layiqli irsinə yeni bir nəzər və milli-mənəvi dəyərlərimizin təbliği gündəmə çıxarıla bildi. Saytın minlərlə oxucusu var. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli dahi həmyerlimiz Həsən bəy Zərdabi haqqında deyir: “Həsən bəy şəxsiyyətinin doğru bildiklərini anlatma tərzi, fəaliyyətindəki ayrı-ayrı məqamlar bu günün jurnalistləri üçün son dərəcə vacib məktəb rolunu oynamaqdadır”. Çox hörmətli professor “…doğru bildiklərini anlatma tərzi… “ ifadəsini Həsən bəy Zərdabi haqqında ona görə işlədib ki, dahi həmyerlimiz ən mürəkkəb məsələləri ən sadə şəkildə-özünün doğru bildiyi tərzdə və xalqın istədiyi kimi təqdim edə bilib. Nicat İsmayılov cavan bir jurnalist olsa belə, Zerdab.com izləyiciləri üçün doğru bildiklərini özünün tərzində təqdim etdiyi üçün uğur qazana bilib. Mən bu münasibətlə Nicat İsmayılov və sevimli Zerdab.com-un bütün yazarlarını, oxucularını ürəkdən təbrik edirəm. Ad gününüz mübarək olsun.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”nin müxbiri

Zerdab.com
Juranlistlər arasında qalib olarkən.
Zerdab.com
Əflatun Amaşovla müsahibədən öncə.
Zerdab.com
Yazı müsabiqəsində qalib olarkən.

32 ŞƏRH

  1. Təbrik edirəm uğurlar arzulayiram neçə yaş olursa yaninda sifir olsun

  2. Tebrik edirem qardas.Emeyiniz cox yuksekdir.Allah bu muqeddes isinizde size komek olsun

  3. Allah razi olsun. Niyyetimiz saf, meqsedimiz rayonumuz üçün öz sahemizde azdan-çoxdan iş görmekdir. Hele ki, tekbaşına, bu güne qeder heç bir yerden ve heç bir şexsden maddi destek almadan şerefle öz yolumuza davam edirik…

  4. Təbriklər!Bu müqəddəs işinizdə sizlərə uğurlar arzulayıram.O gün olsun 100 illiyinizi qeyd edəsiniz.

  5. Qaqaşım sevinirem bu ugurunuza teki ugurlarınız davamı olsun…Zerdab torpagı yetışdırırde…Bizlikde bir şey olsa imkanımız daxılınde kömek etmeye hazırıq her zaman

  6. Mən də Sizi salamlayıram və oxucunuz kimi fəaliyyətinizi yüksək qiymətləndirirəm. Nicat bəy, doğrudan da Tərlan xanımın Sizin haqqınızda qeyd etdiyi kimi- bildiklərinizi öz tərzinizdə təqdim etdiyiniz üçün bu qədər populyar ola bildiniz. Sizə qarşıdakı fəaliyyətinizdə də uğurlar bol şanslar arzulayıram. Saytınızın 2 yaşı tamam olması münasibətilə başda Siz olmaqla bütün yazarlarınızı təbrik edirəm.

  7. Tebrikler…..Ugurlar….Size dahi H.Zerdabinin selefi olmagi arzulayiram!!!!

  8. Allah razi olsun. Tesekkurler size de. Zerdabi neslinin numayendesinden bele bir soz esitmek cox qururlu ve mesuliyyetlidir.

  9. BIZDE OZ NOVBEMIZDE ZERDAB.COMUN OXUCULARINDAN OLARAQ SAYTIN REHBERLIYINE BAWDA NICAT MUELLIM OLMAQLA HER BIRINIZE OZ DERIN TEWEKKURUMU BILDIRIR VE SAYTIN 2 YAWININ TAMAM OLMASI MUNASIBETI ILE TEBRIK EDIR VE GELECEK IWLERINIZDE HER BIRINIZE UQURLAR ARZU EDIRIK

  10. Zerdabin butun xeberlerini buradan oxuyuruq bu sayitin adminine cox saolsun deyirik

  11. Nicat muallim yasiniz 2 olsada gorduyunuz islar 5-a barabardir.tabriklar

  12. Hörmətli Zərdab.kom sizin ad gününüzü və mükafatınızı təbrik edirəm.İşlərinizdə uğurlar arzulayıram.

  13. TƏBRİK EDİRİK! Qismət olsun 20 illiyinizi bayram edək inshallah! UĞURLAR VƏ YENƏ DƏ UĞURLAR!

  14. Nicat müəllim başda siz olmaqla təbrik edirik sizə yeni nailiyyətlər günlər olsun 10 yaşınızı qeyd edəsiniz

  15. Hörmətli Nicat müəllim!Sizi Yeni il və 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münsibətilə ürəkdən təbrik edirəm.İşlərinizdə uğurlar arzulayıram

  16. Salam Gulxanim xanim. Men de sizi her iki bayram munasibeti ile tebrik edir, Size uzun omur, cansagligi ve xosbextlik arzulayiram.

  17. Hörmətli Zərdab.kom Sizi Yeni İl və Dünya azərbacanlılarının həmrəyliyi günü münasibətilə təbrik edirəm.2014-cü il sizə uğurlar gətirsin

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 + 16 =