Zərdab sakini Bakıda maşın qaçırıb faciə törətdi

0
29

qezaDekabrın 15-nə keçən gecə Bakıda avtomobil qaçırıb ağır qəza törədən yeniyetmələrlə bağlı bəzi məqamlar aydın olub. Xutor adlanan ərazidə kirayədə yaşayan Zərdab sakini Fərid Həbibi, Ucar sakini Zəhra Fətəliyeva və Məhəmməd Mehdiyev həmin gecə saat 02 radələrində “Yeganə” şadlıq evinin yaxınlığından “VAZ 2106” markalı avtomobili qaçırıblar. Hadisə ilə bağlı başlanmış cinayət işinin istintaqını aparan Abşeron rayon Polis Şöbəsinin müstəntiqi Anar Bağırov Lent.az-a bildirib ki, yeniyetmələr avaralığa meylli olub və eyni məhəllədə yaşayırmış.

Müstəntiqin sözlərinə görə, maşını qaçırdıqdan sonra Masazıra gələn məhəllə uşaqları mağazadan pul və siqaret oğurladıqdan sonra gecə bir neçə saat hara gəldi maşını sürüblər. Hadisə də Ceyrabatanda baş verib. Kanala aşan maşından 3 yeniyetmə oğlan çıxa bilib, 19 yaşlı Zəhra Fətəliyeva isə suda boğulub.

Hazırda yaralı oğlanların müalicəsi davam etdirilir. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. İlkin araşdırmalar zamanı yeniyetmələrin sərxoş olması və ya narkotik vasitə qəbul etməsi faktı müəyyən edilməyib.

Lent.az