Zerdab.com, ad günün mübarək!

34
47

Həmyerlimiz Nicat İntiqamın yaratmış olduğu Zerdab.com saytı Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai-siyasi xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin doğulduğu bölgəni təmsil edir.
Nicat müəllim, Sizin qısa bir müddət ərzində gördüyünüz işlər çox təqdirəlayiqdir. Bu sayt vasitəsilə nəinki Zərdabda, bütövlükdə ölkəmizdə gedən islahatlar, yeniliklər və sair məsələlər barədə zəngin və maraqlı informasiya əldə etmək olur.
Saytda müxtəlif sahələr üzrə bölmələrin yer alması, xüsusilə “Həsən bəy Zərdabi” bölməsinin olması ölkəmizin alim və ziyalılarını, o cümlədən məni həmin sayta müraciət etməyə təşviq etmişdir. Həsən bəy Zərdabi yaradıcılığı, onun elmi irsi ilə bağlı yazıların yayımlanmasında bu saytın xüsusi rol oynaması çox tədqirəlayiq hal olaraq qiymətləndirilməlidir.
Əlbəttə, Zərdabi irsinin araşdırılması ilə bağlı son vaxtlar biz Zərdabişünasların, Zərdabisevərlərin yaradıcılığının Zerdab.com saytı vasitəsilə işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında ilk öncə Siz Nicat İntiqama təşəkkürümü bildirirəm.
Eyni zamanda onu da bildirmək istəyirəm ki, Zerdab.com saytı Zərdab rayonunun keçmişini və bu gününü özündə əks etdirən və mütəmadi yenilənən yeganə saytdır.
İnanıram ki, yorulmaz fəaliyyətiniz, zəhmətiniz sayəsində bu saytın qazanacağı uğurlar hələ qarşıdadır.
Bütün bu uğurlara imza atan Nicat müəllim Sizi, saytın yaradıcı kollektivini, yazarlarını Zerdab.com saytının iki yaşının tamam olması, ad günü münasibətilə təbrik edirəm.
Sizə üzərinizə götürdüyünüz vəzifələrin gələcək fəaliyyətinizdə uğurla həyata keçirilməsində müvəffəqiyyətlər arzulayıram!

Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas.

34 ŞƏRH

  1. TEBRIKLER #Nicat muellim. Saytimiz Yeni yawinda yeni-yeni ugurlar qazanar INWALLAH.

  2. Veli Cavadli ISHINIZDE MUVEFFEQIYETLER.YENI UGURLARA DOGRU INAMLI ADDIMLAYIN!!!

  3. Sevgim hemishe seninledir, menim Vetenim. Seni temsil eden bu sayt ucun eh xosh arzularimi dileyirem, hemishe xosh xeberlerin ilk carcisi sen olasan! Heyat sevgi ile xoshdur, sevgin bol olsun, izleyicilerin cox olsun, onlarin sene mehebbeti ebedi olsun! Nicat İsmayılov, emeyini halal ele bizlere, inshallah.

  4. Zerdab.com- Zərdabın bir parçasıdır mənimçün. Gün o gün olsun 20 yaşını qeyd edək!

  5. Ad günün mübarək əziz http://www.zerdab.com sayti uğurlar arzu edirəm 2 yaşın yanına çoxlu-çoxlu sıfırlarda olsun 2 il ərzindən çox uğurlar əldə etdiz ən xoş arzularla Gültən Qədirli

  6. Bir daha sevdim sizleri. Allahdan haminiza cansagligi, xosbextlik arzu eleyirem. AMIN.

  7. “BU GÜNÜ DAHA YAXŞI GÖRMƏK ÜÇÜN KEÇMİŞİ BİLMƏLİYİK. ”
    KEÇMİŞİMİZİ VƏ BU GÜNÜMÜZÜ SAYTINIZDA İŞİQLANDIRDIQINIZ ÜÇÜN, YAŞATDIQINIZ ÜÇÜN SİZLƏRƏ, ZERDAB.COM KOLLEKTİVİNƏ DƏRİN TƏŞƏKKÜRLƏRİMİ BİLDİRİRƏM. İKİ İLLİK FƏALİYYƏTİNİZİ , İKİ YAŞINIZI TƏBRİK EDİRƏM! UĞURLARINIZ BOL OLSUN!!! HƏSƏN BƏY ZƏRDABİ YURDUNUN XOŞ SORAQLARINI, UĞURLARINI SAYTINIZDA İŞIQLANDIRMAQ DAİM NƏSİBİNİZ OLSUN.! TƏBRİKLƏR!!!

  8. Nicat muellim bizda tebriklara qowuluruq ve daha cox ugurlar qazanmagi arzu edirik

  9. Тэбрик едирэм гардашоглу, аллаh сэсинизи, сорагынызы даhа да учалыглардан кэтирсин!

  10. Ad gununuzu tebrik edir uzun omur can sagligi iwlerinde muveffeqiyetler arzulayiram

Comments are closed.