Rayonda oxuduğum məktəb də Ramiz Kərimov küçəsində yerləşirdi

7
Gültən Qədirli
Müəllif: Gültən Qədirli
Gültən Qədirli
Müəllif: Gültən Qədirli

Keşikçi ağaclar

Yaşadığımız binanın qarşısında bir park var, bu parkın içində bir büst qoyulub.

Həmişə məktəbə bu parkın içi ilə gedib-gəlirdim. Hər gün büstün yanından keçirdim, amma büstün üstündəki lövhədə yazılanlara fikir vermirdim.

Günlərin birində büstün yanında dayanıb, onun kimə məxsus olduğunu bilmək istədim. Bu, Ramiz Kərimovun büstüdür.

Sonra öyrəndim ki, o doğma Zərdabın Şəftəxal kəndindəndir. Neftayırma zavodunda işləyirmiş. Zavodda olan yanğın zamanı neçə işçini xilas edib, ancaq özü həlak olub.

Rayonda oxuduğum məktəb də Ramiz Kərimov küçəsində yerləşirdi.

Hər gün o parkı, parkdakı ağacları görürəm.

Mənə elə gəlir ki, parkdakı ağaclar Ramiz Kərimovun ruhunun keşiyində durub…

7 ŞƏRH

  1. Gultan xanim dayarli maqala ucun siza tasakkurlar ediram.Ramiz Karimov hamkandlim oldugu ucun cox tasirlandim.Bakida yasadigimcun o,abidani manda tez-tez ziyarat ediram.hamisa fikirlasirdim ki,belkada yegana Zardabliyam ki,Ramizi ziyarat ediram.demali man tak deyilam.bir gun abida yaninda bir gozal xanim gorsam,sayitdaki Gultan xanimdir ahsan..

  2. Gultan xanim sizin digar maqalalarinizida sayitda izlamisam cox dayarli fikirlariniz var.Siz sagolun ki,manali maraqli maqalalar yazirsiz.oxucunuz kimi mani qabul eda bilarsiniz.

  3. Gültən xanım, təşəkkür edirəm məqalə üçün. Siz yəqin ki, Neftçilər metrosundan “Azərneftyanacaq” zavoduna qədər uzanan park haqda danışırsınız. Mən də çox keçirəm bu parkın qarşısından və hər dəfə də mərhum igid zərdablımız Ramiz Kərimovun büstünə qürurla baxır və rəhmətlə onu anıram. Şəftəhallı Ramil qardaşıma da bildirmək istəyirəm ki, narahat olmasın. Mərhum qardaşımızı çox insanlarımız, zərdablılarımız xatırlayır, hörmət və ehtiramla anırlar. HEÇ NƏ UNUDULMUR, HEÇ KİM YADDAN ÇIXMIR. Sağ olsunlar bu parka Ramiz Kərimovun adını verənlər və onun büstünü qoyanlar. Ancaq çox istərdim və xahiş edərdim ki, bu parkı daha da abad, gözəl etsinlər, büstü isə daha möhtəşəmi ilə əvəz olunsun və onun igidliyi, fədakarlığı haqda məlumat lövhəsi yazılsın. Əsl həmyerlimizin şücaəti və igidliyi kimi möhtəşəm. Qoy insanlarımız bu mərhum qardaşımızın igidliyi haqda daha geniş məlumat əldə etsinlər. Ruhu şad olsun, AMİN! Dərin hörmətlə Qurban Şahhüseynli

  4. Çox sağ olun! Gültənin anasıyam. Mən də 2004-cü ild onun haqda yazmışdım. Kəndlərinə gedib anasıyla görüşdüm, özü əkdiyi ağacın meyvəsindn gətirib büstünün yanına qoymuşdum
    Onu təkcə yerliləri deyil iş yoldaşları da xatırlayır…Mən dəfələrlə onun büstü yanında yaşlı bir kişi görmüşəm, söhbət etmişəm. İş yoldaşı olub onunla..
    Ruhu şad olsun!

  5. elə bilirdim təkcə mənəm Zərdablı Neftçilər metrosunda qalan və o parkın görən.Sən demə məndən başqaları da var.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + 3 =