Məlik Məhərrəmov küçəsi nə vaxt təmir olunacaq?

0

YolSon illər Zərdab rayonunda aparılan abadlıq və quruculuq işləri barədə mütəmadi məlumatlar veririk. Rayonumuzda yeni sosial və dövlət əhəmiyyətli obyektlərin istifadəyə verilməsi də bu qəbildən təqdirəlayiqdir. Zərdab-Mollakənd yolunun çəkilməsi, kəndlərimizə qaz çəkilişinin davam etməsi də ürəkaçan faktlardandır. Lakin rayonumuzda elə küçə də var ki, təmir ediləcəyi günü gözləyir. Belə küçələrdən biri də Zərdab şəhərinin Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun adını daşıyan küçədir.

AzNews.az-ın məlumatına görə, sakinləri narahat edən küçənin palçıq əlindən keçilməz olmasıdır. Sakinlər bildiriblər ki, Məlik Məhərrəmovun adını daşıyan küçədə xüsusən qış aylarında vəziyyət daha da çətinləşir: “Məlik Məhərrəmov küçəsinin sonunda 2 saylı orta məktəbin olmasını nəzərə alsaq, bu yolda gediş-gəliş daha çoxdur. Kanalizasiya və su çəkilişinin yenidən bərpası ilə əlaqədar küçənin asfalt örtüyü qazıldı. Yol kənarındakı səkilər isə sonuncu dəfə uzun illər bundan əvvəl təmir olunub. Yağış suları məktəblilərin və yaşlı insanların hərəkətini çətinləşdirir. Rayonun mərkəzində yaşamağımıza baxmayaraq, yayda tozdan, qışda isə palçıqdan küçəyə çıxmaq mümkün deyil”.

yol

Şərh yaz

Please enter your comment!
Please enter your name here

20 − 10 =