Zərdabda 208 ailəyə sosial yardım təyin olundu

0

2012-ci ilin birinci rübündə Zərdab rayonunda 214 ailə Ünvanlı Dövlət Sosial yardımı almaq üçün müvafiq dövlət qurumuna müraciət edib. www.zerdab.com saytının məlumatına görə, onlardan 209 ailənin sənədləri qeydiyyata alınıb. Həmin sənədlərə mərkəzdə yaradılmış komissiyada baxılıb. Aparılan araşdırmalardan sonra 208 ailənin hər birinə ünvanlı sosial yardım təyin olunması üçün qərar qəbul edilib. 1 ailəyə isə Ünvanlı Dövlət Sosial yardımı verilməsindən imtina edilib.

www.zerdab.com

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four + 9 =