Zərdab Azərbaycanımızın “Mətbuat Ocağı”dır

1

Zerdab.comHörmətli Nicat müəllim!
Bir qədər gec də olsa təsis etdiyiniz “Zerdab.com” saytının ad günü, eləcə də yazı müsabiqəsində qalib olmağınız münasibətilə Sizi təbrik edir, uğurlar, çoxmilyonlu oxucu auditoriyası qazanmağı arzu edirəm. Siz bu saytı yaratmaq və fəaliyyətini günü-gündən daha da təkmilləşdirməklə qısa bir müddətdə əslində çox böyük, fədakar əmək sərf etmisiniz (yeri gəlmişkən saytın fəaliyyətində zəhməti keçən hər kəsə zərdablı vətəndaş olaraq minnətdarlığımı bildirirəm). Bununla da sübut edirsiniz ki, sözün həqiqi mənasında Zərdab rayonu dahi Həsən bəy Zərdabi ilə başlayan “Azərbaycan mətbuatının lakomativi” olmaq kimi şərəfli bir missiyanı çox böyük məsuliyyətlə və layiqincə davam etdirir. Bir az da irəli gedərək tam məsuliyyətimlə deyə bilərəm ki, Şusa musiqimizin beşiyi, Şamaxı, Qazax şairlər, yazıçılar vətəni olduğu kimi, Zərdab da Azərbaycanımızın “Mətbuat Ocağı”, Ziyarətgahıdır. Siz Zərdab insanının elmi, ictimai potensialını bütün ölkəyə, dünyaya təqdim edirsiniz, onun nüfuzunun yüksəlməsində əhəmiyyətli rol oynayırsınız. Sübut edirsiniz ki, rayonumuz ərazi və əhalinin sayı baxımından kiçik olsa da, elmi, zehni potensial baxımından respublikamızın ən öndə gedən rayonlarındandır. İnternetdən aktiv istifadə edən bir insan olaraq mən regional saytlarımızda (nəzərə alsaq ki, regionlarımızda böyük şəhərlərimiz, onlarla rayonlarımız var) “Zerdab.com” saytı kimi genişəhatəli, azad mətbuatın tələblərini özündə ehtiva edən və tənqidəmeyilli sayt görmürəm.
Ürək doludur. Ancaq Sizi yormayım. Bir daha uğurlar arzulayır, fürsətdən istifadə edərək “Yeni il” və “Dünya azərbaycanlılarının həmrəyliyi günü” münasibətilə bütün xalqımızı və əziz zərdablılarımı təbrik edirəm.

Dərin hörmətlə, Qurban Süleymanov-Şahhüseynli.

1 comment

  1. Hörmətli Nicat müəllim! Yeni iliniz mübarək olsun. Arzu edirəm ki, 2014-cü il Sizin şəxsi həyatınızda və “Zerdab.com” saytının fəaliyyətində ən uğurlu illərdən biri olsun. Həmişə həmrəy olaq. Əziz zərdablılarımı da saytınız vasitəsilə ürəkdən təbrik edirəm. Süfrələri ruzili, canları sağlam olsun, Amin! Bayramlarınız mübarək!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × two =