Zərdab Rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri – Fotolar

0

Zərdab Rayon Heydər Əliyev Mərkəzi              Zərdab Rayon Heydər Əliyev Mərkəzində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “El bilir ki, sən mənimsən” adlı tədbir keçirildi. Tədbirdə mərkəzin direktoru Könül Rəhimova giriş sözü ilə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışdı, ümummilli liderin bu günə verdiyi dəyərləri xüsusi qeyd etdi.

Daha sonra Mərkəzin əməkdaşı GülərMəmmədova “Daha güclü və qüdrətli Azərbaycan naminə” adlı məruzə ilə çıxış etdi. Tədbirdə rayon 1 saylı orta məktəbin şagirdlərinin, rayon 3 saylı məktəbin şagirdlərinin ifasında Azərbaycana və Azərbaycanlılara həsr olunmuş rus və Azərbaycan dilində şerlər səsləndi. “Əkinçi” qəzetinin müxbiri Tərlan Abdullayeva, I saylı məktəbin müəlliməsi Zülfiyyə Cəbrayılova çıxış edərək Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə tədbir iştirakçılarını təbrik etdilər. Tədbirə rayon İcra Hakimiyyətinin əməkdaşları,  1 və 3 saylı məktəblərin kollektivləri, Rayon Mərkəzi Kitabxanasının əməkdaşları, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və digər idarə, təşkilatların əməkdaşları dəvət olunmuşdular.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən filmə baxış da oldu. 

Tədbirin sonunda Dünya Azərbaycanlılarına, həmvətənlərimizə, rayon sakinlərinə bayram təbriki oxundu, məktəblilərə yeni il hədiyyələri təqdim olundu.

Zerdab.com

Zərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev MərkəziZərdab Rayon Heydər Əliyev Mərkəzi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

6 + 9 =