california payday loans Təşəkkür Günü – bizə verilən fürsət…

6
23

gül-çiçek“Təşəkkür Günü”nün bizə verdiyi fürsətdən istifadə edə bilsək… california payday loans

Allahın rəhmli yaratdığı hər bir insanın qəlbində bu dünyada sarsılmayan, o dünyada isə sönməyən, yaxşılığın təsiri altında alovlanıb parlaq bir işığa çevrilən, pisliyin isə qətiyyən söndürə bilmədiyi əzəli bir qığılcım  var: bu, Rəbbimizin bizə bəxş etdiyi ən böyük mənəvi sərvətimizdir. Həyatımız boyu xərclədiyimiz bu sərvət heç vaxt tükənmir, əksinə zaman keçdikcə cilalanır və dəyəri artır. Ömrümüzün bəzi məqamlarında bu xəzinəni səxavətlə sağa-sola “ paylayırıq”. 11 yanvar bu qəbildən olan günlərimizdəndir. Çünki bu tarixdə Beynəlxalq Təşəkkür Gününü bütün dünya qeyd edir(kaş ki ilimizin bütün günü Beynəlxalq Təşəkkür Günü olaydı…-T.A.)      İnsana xoşgələn bu tarixin ölkəmizdə 2012-ci ildən ( qeyri-rəsmi-T.A.) qeyd olunduğunu eşitmişəm və bu tarixi ən xoşagələn gün hesab edirəm. Axı, bu tarixdə insanlar bir-birinə daha çox təşəkkür edir, “çox sağ ol!” deyirlər. Bu “çox sağ ol!”lar isə dünyamızı daha da gözəlləşdirir. Biz təşəkkür edərkən ətrafdakılara diqqət göstərir, sözlərini qiymətləndiririk. Həmin gün təşəkkür etməyi özümüzə bir borc bilərək nəzakət qanunlarını daha çox gözləməyə çalışırıq. Təşəkkür günündə hər şeydən əvvəl bizi yaradan Xaliqə ( bizi yaradan Xaliqə dualarımız daimidir-T.A.) minnətdarlıq edirik, valideyinlərimizə, digər döğmalarımıza, müəllimlərimizə, qohum-əqrəbalarımıza, bizdən ötrü əziyyət çəkənlərə təşəkkür edirik. Təşəkkür edəcəyimiz qrupların siyahısını yenə də artıra bilərik. Ancaq jurnalistlərin bu siyahıda “xüsusi qrupa”daxil olanları var ki onlara məxsusi təşəkkür etmək daha vacibdir. Bu, jurnalistlərin oxucularıdır. Ona görə özümə borc bilirəm ki, 11 yanvar Beynəlxalq Təşəkkür Günündə mən oxucularıma səmimi qəlbdən təşəkkür edim: həmişə borclu olduğum əziz oxucularım, siz yaza bidiklərimin səviyyəsini müəyyənləşdirmək üçün əsas insanlarsınız. “Təşəkkür Günü”nün mənə verdiyi fürsətdən istifadə edərək sizlərə təkrar-təkrar təşəkkür edirəm.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

6 ŞƏRH

  1. Çox hörmətli Nicat müəllim!Sizi qarşıdan gələn 11 yanvar Beynəlxalq Təşəkkür günü münasibəti ilə ürəkdən təbrik edirəm və bu mövzuda hazırladığım yazını yayımladığınız üçün Sizə təşəkkür edirəm.
    Təşəkkür edənləriniz çox olsun!

  2. ,,TƏŞƏKKÜR GÜNÜ” ilə bağlı bu material məni cox maraqlandırdı.Nə gözəl bir etiket qaydasıdır:İnsanlar bir-birinə,,ÇOX SAĞ OL”deyirlər.Bu günün mənə verdiyi fürsətdən istifadə edərək öz əmək kollektimə-rayon Mərkəzləşdirilmiş kitabxana sisteminə və MKS-nin direktoru Nailə xanim Əliyevaya təşəkkür etmək istəyirəm.

  3. Çox hörmətli Gülxanım ! Mən də sənə bu materiala maraq göstərdiyinə və oxuduğuna görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək demək istəyirəm ki, Siz öz işinizi bilən bir xanım, bacarıqlı kitabxanaçısınız. Hər vaxt istədiyim kitabları məhz Sizin vasitənizlə tapa bilirəm.

  4. Əziz qohumum Ayhan Məmmədova salamlarımı göndərirəm və Təşəkkür günü münasibəti ilə təbrik edirəm.

  5. Fədai qardaşım , gec də olsa mən də Sizə bu materialımı oxuduğunuza və münasibət bildirdiyinizə görə təşəkkür edirəm.

Comments are closed.