Zərdablı kimya müəlliminin acı taleyi

17
38

reanimasiyaO mənim ən sevimli müəllimlərimdən biri idi. Həm də qohumum. Mənə dərs dediyi müddətdə bir dəfə də olsun qohumluğunu hiss etdirmədi. Sakit, səbirli, təmkinli bir insan idi. Heç kimlə işi olmazdı Köçərli müəllimin. Dərs dediyi müddətdə həmişə işinə vicdanla yanaşan insanlardan olub. Öz dünyası var idi Köçərli müəllimin. Həmişə fikirli gəzərdi. Yadıma gəlmir ürəkdən güldüyünü gördüyüm. Uşaqkən bunu anlamazdım. Deyirdim yəqin xasiyyəti budur. Zaman keçdi, ağlım kəsəndə anladım ki, Köçərli müəllimin çəkdiyi dərdin ən azı mənim qədər yaşı var…

Mən uşaqkən Köçərli müəllimin qardaşı Silduz dəhşətli avtomobil qəzasında ağır yaralanıbmış. Atam danışır ki, o vaxtlar ölüm indiki qədər adiləşmədiyi üçün Silduz komada qaldığı günlərdə kəndimizdə hər kəs həyəcanla qulağı səsdə xəbər gözləyirmiş. Amma zədəsi ağır olduğundan o dünyadan köçür. Deyilənə görə, Köçərli müəllim elə o vaxtdan dərdli, fikirli gəzirmiş. Bir neçə il keçir və Köçərli müəllimimin qardaşı Şakir elə onun gözlərinin önündəcə dünyasını dəyişir. Deyilənə görə, Şakirin ürəyi partlayıbmış.

Bizə dərs deyəndə dərsdənkənar heç nə danışmamasının, üzünü gülər görməməyimizin səbəbi də elə bu imiş.

Sinfimizdə onun ən çox istədiyi şagirdlərdən biri idim. Əlaçı idim, dərslərimi həmişə yaxşı oxuyurdum deyə…

Son illər tez-tez görüşə bilməsək də, mənimlə həmişə maraqlanarmış. Deyirmiş Nicat məktəbimizin ən istedadlı, qabiliyyətli şagirdlərindən biri idi, o uşağın xoş xəbərlərinin gəlməsi normaldır…

Mən Köçərli müəllimin gözündə hələ də uşağammış.

İllər sonra Bakıda eşitdiyim bir xəbərdən çox təsirləndim – Köçərli müəllimin Əntiqə adlı bacısı Sumqayıtda əməliyyat stolundan sağ çıxmayıb. Odur-budur Köçərli müəllimim demək olar ki, yataq xəstəsi düşdü. Onu küçədə gəzib-dolaşan görmək olmurdu. Dərdin yıxdığı adam deyərdim mən ona.

Təxminən 20 gün öncə zəng gəldi ki, Köçərli müəllimin vəziyyəti pisləşib – Bakıya gətiriblər. Özümü xəstəxanaya çatdırsam da, üzünü görə bilmədim – əməliyyata salmışdılar. Əməliyyatdan çıxandan sonra reanimasiya otağında onu görəndə çox sarsıldım – sanki tamam başqa bir insan idi. Həkim dedi ki, bağırsağı işləmədiyi üçün orqanizmi ciddi şəkildə zəhərlənib.

Reanimasiyada qaldığı müddətdə Köçərli müəllimin onsuz da imkansız olan ailəsini dövlət xəstəxanasında o ki, var “soydular”. Qan əvəzi plazmanın birini 30 manatdan satırdılar. -2 qanı 65 manatdan ucuz vermirdilər. Reanimasiya otağında səhər növbəsində işləyənlər 20, axşam növbəsində işləyənlər də elə o qədər pul alırdılar.

Hər gün ən az 80, ən çox 200 manatlıq iynə-dərmanın heç bir xeyri olmadı Köçərli müəllimə. Həkim dedi ki, aparın kəndə. Vəziyyəti ağır olduğu üçün. Həkim bildirdi ki, süni nəfəs aparatından ayrılan kimi dünyasını dəyişəcək. Ayırdılar, amma 4 saatlıq yolu getdi- Zərdabın Qoruqbağı kəndinə çatdı, evlərində bir neçə saat qaldı, axşam saatlarında dünyasını dəyişdi Köçərli müəllim. 63 yaşında dünyadan köçər oldu Köçərli müəllimim…

***

Hər xırda şeyi özünə dərd edib şikayətlənən insanlar var. Onlara demək istəyirəm ki, Köçərli müəllimin atası Rəhim baba hələ sağdır. 90-a yaxın yaşı var. 5 övladından cəmi bir qızı sağ qalıb Rəhim babanın. Dördü – üç oğlu, bir qızı dünyasını dəyişib onun. Köçərli müəllimin yas mərasimində Rəhim babanı çox səbirli gördüm. Yüksək səslə ağlayanlara elə hey deyirdi: “Səbirli olun, Allah bilən məsləhətdir”…

***

P.S. Deyilənə görə, Köçərli müəllim dünyasını dəyişməmişdən öncə həyat yoldaşına, yəni mənim xalama cəmi bir söz deyib: “Atam əmanəti”…

Bəli, başımıza gələn hər işdən dərs götürməliyik. Hər xırda məsələlərdən gileylənməməliyik. Rəhim babanın səbri, taleyi hamıya nümunə olmalıdır. İndi Rəhim baba bizim kənd üçün həm də bir imtahan sayılır…

Üç oğlu, bir qızı dünyasını dəyişən Rəhim babanın indi bir kəndin əhalisi qədər övladı var…

***

Bir əlində xeyir, bir əlində şər

Kimə nə qismətdir, kimə nə düşər.

Kədərin oduna yananda bəşər

Ah çəkdi, boynunu bükdü bu dünya…

Nicat İntiqam

17 ŞƏRH

  1. Allah Köçeri müellime rehmet elesin. Doğrudan yazdıqlarınızı oxuyarken gözlerim doldu. Bu insan haqqında yazdıqlarınız onu onun tam sağlığında oldu kimi mene xatırlatdı. Gözel insan, layiqli ata, vicdanlı müellim. Allah yaxınlarına sebir versin. Köçeri müellim qonşu kendde yaşasada amma bu aile bize çox yaxın olub. Bacım danışır ki, atam xeste olanda bize gelib, eve daxil olanda atamı görüb ve hönkür-hönkür ağlayıb. Beli, bu insan sebirli temkinli insan olub. Onun duruşu danışığı dahi insanların obrazını canlandırırdı.Böyük nüfuz sahibi Köçeri müellimin bu gün aramızda olmaması bizi çox kederlendirir. Bir daha Allah rehmet elesin. Xanımı Zahide xala – Allah sebir versin sizlere.
    Feqan Rüstemov

  2. O menimde en cox sevdiyim iki uc muellimden biriydi.Mekani cennet olsun,InshAllah.

  3. ALLAH rehmet etsin.Mende cox pis oldum.Heqiqeten sakit ,insan adam idi.Qebri nurla dolsun.Menimde muellimim olub.

  4. Nicat. Bu yaziya gore sene choxlu teshekkurler. Chox saq ol qardash. Bu yazin meni hedden chox tesirlendirse de sene bir daha minnetdaram ki, saytda bele bir yazi vermisen.
    Allah rahmet elesin! Qardash, insan bu dunyada chox yashadiqca daha chox gunah qazanir. Rehim baba dediyi kimi, Allah bilen meslehetdir. Sokrat demishken, menimse deqiq bildiyim odur ki, hech ne bilmirem, her sheyi bilen tek Allahdir…

  5. Allah Rehmet elesin !! Oyredenleri yeri cennetdi ,,Yeri cennet olsun..

  6. Мэним севимли, ипэк хасиййэтли, биринчи кимйа муэллимим, дунйа дурдугча, вэ мэн дунйада дурдугча гэлбимдэ йашайачаг муэллимим! Аллаh сэнэ гэни-гэни рəhмəт елэсин! Ничат муэллим сэн дузкун мэлумат алсан да мэним Кочэри муэллимим лап чаванлыгындан агсаггал тэмкинли, аз hалларда кулэн, истэнилэн мовзуда верилэн суаллара эдэб чэрчивэсиндэ чаваб верэн мулайим тэбиэтли, бэлкэ дэ дунйада таныдыгым инсанлар ичэрисиндэ эн бойук сэбрэ, динлэмэк мэдэниййэтинэ малик олан козэл, бойук инсан иди… Кочэри муэллим, бир дэ Аллаh сэнэ рəhмəт елэсин, чэннэтмэкан оласан, Аллаh бутун гоhумларына сэбир версин…
    Тээссуф сон дэфэ сэни кормэйэ,
    Йетишэ билмэдим, кэлэ билмэдим…
    Кордуйум илк кундэн сэндэ йашайан,
    Нискил нэ олдугун билэ билмэдим…

  7. Müəllimlərimizdən örgəndik ana sözünü ,vətən sözünü .Dünyasını dəyişən bütün müəllimlərimizə allahdah rəhmət olsun onların yeri qəlbimizdə həmişə yaşayır.

  8. Allah rehmet elesin yeri behiwt olsun. Cox gozel muellim idi. Allah qeni qeni rehmet eylesin.

  9. Allah rehmet eylesin.Qebri nurla dolsun.Allah xanimina,ovladlarina,butun qhumlarina ve onu sevib arxasinca qelbden rehmet dileyen her kese sebr versin.Kendimizin sevimli muellimlerinden biri idi……..

  10. Allah rehmet etsin menim mellim emime…..Allah sizinde olenlerinize rehmet elesin …..Nicat bu yazdiqlarina gore tewekkur ..

Comments are closed.