“Xalqlar dostluğu” ordenli həmyerlimiz – Nurəhməd Müzəffərov

1
34

FotoMüzəffərov Nurəhməd Nurməmməd oğlu 1923-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. Həsən bəy Zərdabi adına kolxozda briqadir, sonra da uzun illər kolxoz sədri işləyib. Rəhbərlik etdiyi illər ərzində Zərdabi adına kolxoz tək Azərbaycanın deyil, həm də SSR-nin ən qabaqcıl təsərrüfatları sırasına çıxıb. Fədakar əməyinə görə böyük nüfuz sahibi olub.

1963, 1967, 1971-ci illərdə 3 çağırış ard-arda Azərbaycan Ali Sovetinə deputat seçilib. 1976-cı ildə SSR Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş, 1982-ci ildə qızıl medalına layiq görülüb. İki dəfə – 1966-cı və 1971-ci illərdə “Lenin” və 1981-ci ildə “Xalqlar dostluğu” ordenləri ilə təltif olunub. 1966-cı ildə Məmmədqasımlı kəndində vəfat edib. Allah rəhmət eləsin.

Zerdab.com

1 comment

  1. Bir zərdablı olaraq bu yazıya şərh yazmağı mən də özümə borc bilirəm. Nurəhməd müəllim həqiqətən də çox zəhmətkeş insan olub. Şəxsən görməsəm də çox gözəl xatırlayıram ki, keçmiş SSRİ dönəmində onun rəhbərliyi altında uzun illər “Zərdabi” kolxozu adlanan Məmmədqasımlı kəndimiz əksər sahələrdə, xüsusən də pambıq yığımında həmişə birinci yerdə olardı və bununla da bütün respublika üzrə rayonumuzun ön sıralarda getməsinə töhfələr verərdi. Heç kəs unudulmir, heç nə yaddan çıxmır. Allah qəni-qəni rəhmət etsin, AMİN!

Comments are closed.