Ümummilli lider Heydər Əliyevin Zərdab səfəri; 1978-ci il – FOTOLARDA

3
53

Ulu öndər Zərdabda1978-ci ildə Kürün növbəti dəfə daşması nəticəsində Zərdab şəhərinin köçürülməsi təhlükəsi yaranarkən ümummilli lider Heydər Əliyevin Zərdaba tarixi səfəri olmuşdur.
“Əkinçi” qəzetinin 3 iyun 1978-ci il tarixli sayında ulu öndərin Zərdaba səfəri haqqında aşağıdakı məzmunda məlumat verilmişdir: “Heydər Əliyev insanlarla çox mehriban görüşüb, onların qayğı və problemləri ilə maraqlandı. Ulu öndər təsərrüfatlarla tanışlığa da böyük diqqət verdi. Şəhərimizin girəcəyindəki 800 başlıq mal-qara, südçülük-əmtəə kompleksinə gəldi. Sonra isə 50 min başlıq quşçuluq kompleksində, daha sonra 1977-ci ildə istifadəyə verilən 1600 başlıq mal-qara kökəltmə meydançasında oldu. Böyük yem zavodu da ölkə rəhbərinin diqqətini cəlb etdi.
O vaxtkı “Kommunist” (Qoşaoba və Təzəkəndi əhatə edirdi) kolxozunda İldırım Kərimovun briqadası Heydər Əliyevi sevinclə qarşıladı. Becərmə traktorçusu Çimnaz Tağıyeva bildirdi ki, keçən il briqadamız 60 hektardan dövlətə 90 ton əvəzinə 140 ton pambıq verdi. Sizin gəlişiniz şərəfinə Vətənə 190 ton “ağ qızıl” verməyi öhdəmizə götürürük. Mən özüm  “mavi gəmi”mlə 70 ton pambıq yığacağam. Heydər Əliyev bitkilərin vəziyyəti ilə maraqlandı. Məlumat verildi ki, hər hektarda 90-100 min pambıq kolu var. Rəhbər tarlanı gəzdi və dedi ki, sovkaya qarşı vaxtında çox ciddi mübarizə aparın, ümumiyyətlə, aqrotexniki və kimyəvi kompleks becərmələri yüksək səviyyədə keçirin, alaqla vaxtında mübarizə aparın, texnikanı səmərəli işlədin.
Növbəti görüş o vaxt Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərini əhatə edən K. Marks adına kolxozda Şirin Şirinovun pambıqçılıq briqadasında oldu. Qonaq, əməkçilərlə səmimi söhbət etdi, işin gedişi ilə yaxından tanış oldu. Şirin Şirinov dedi ki, Vətənə 200 ton pambıq verməyi öhdəyə almışıq və bunu edəcəyimizə şübhə ola bilməz. Heydər Əliyev dedi ki, sahə kənarlarını boş qoymayın. Ora da çiyid basdırın. Torpağın hər qarışından, hər metrindən səmərəli istifadə edin.
Hörmətli qonaq kolxozun keçən il pambıq planını verə bilməməsinin səbəbini soruşanda kolxozun sədri Xələf Hacıyev dedi ki, sovka pambığa külli miqdarda ziyan vurdu. Amma başqa sahələrdə, xüsusən taxılçılıqda yüksək nailiyyət qazandıq.
Ümumimilli lider dedi ki, geriliyin əsas səbəbini sovkanın üzərinə yıxmaq olmaz. Doğrudur, sovka müəyyən ziyan vurmuşdur. Lakin təşkilati və becərmə işlərində də nöqsanlarınız olub. Bunun nəticəsidir ki, sizin kolxoz kimi rayonunuz  da keçən il pambıqçılıqda geri qaldı.
Adil Abbasovun pambıqçılıq briqadası da qonağı sevinclə qarşıladı, suçu Sovqat Ələkbərov və Azərbaycan Ali Sovetinin deputatı, briqadanın üzvü Qənirə Abbasova rəhbəri salamlayıb raport verdilər. Qənirə dedi ki, biz Vətənə 160 ton pambıq verməli idik. Sizin gəlişiniz şərəfinə öhdəliyimizi 40 ton artırırıq.
Qonaq, kolxozçuların istirahəti, mədəni-məişət xidməti ilə də maraqlandı, vəziyyətlə yaxından tanış oldu.
Məmmədqasımlı və Gödəkqobu kəndlərini əhatə edən, əvvəlki ildə 1040 ton əvəzinə 1626 ton pambıq verən, hektardan 22 sentner taxıl götürən, ət, süd, yumurta, barama planlarını artıqlaması ilə yerinə yetirən Zərdabi adına kolxozda da rəhbəri böyük sevinclə qarşıladılar. Kolxozun sədri Nurəhməd Müzəffərov dedi ki, keçən il hər hektardan 38, 7 sentner pambıq əldə edib dövlətə təhvil vermişik. Bu il isə dövlətə 2.100 ton pambıq satmaq öhdəliyi götürmüş, pambıqçılıqda beşilliyi 3 ildə yerinə yetirməyi öhdəyə almışıq.
Heydər Əliyev kolxozçulara müvəffəqiyyət arzuladı və dedi ki, siz keçən il Zərdabda ən yüksək nəticə qazanmış, sovkaya qarşı yaxşı mübarizə aparmısınız. Bunu qonşu kolxozlara da öyrədin.
Hörmətli qonaq, briqadir Cəbrayıl Azayevlə, çoxuşaqlı kolxozçu ana Gülpəri Cəfərova və b. ilə səmimi söhbət etdi.
Ölkə rəhbəri Cəfərovadan soruşdu ki, necə yaşayırsınız?
G.Cəfərova: – Çox yaxşı, hər şeyimiz var. Ailəmiz “Jiquli” maşını da alıb.
Heydər Əliyev: – Bəs, yaxşı eviniz necə, varmı?
G. Cəfərova: -Bəli, var. Üçotaqlı təzə ev tikdirmişik, televizorumuz, soyuducumuz var.
Heydər Əliyev: -Televizorda ən çox nəyə baxmaq istəyirsiniz?
G. Cəfərova: -Sizin çıxışlarınıza. Siz bizim vəzifələrimizi sadə və aydın deyirsiniz. Hər sözünüz bizi tarlada daha yaxşı işləməyə ruhlandırır…
Qonaq, Maarif Həsənovun briqadasında 12 uşaq anası Müaviyyə Vahidova ilə səmimi söhbət etdi. Kolxozun fəal üzvü, Qəhrəman ana Müaviyyə dedi ki, ailəmizlə bu il 25 ton pambıq yığacağam.
Rayon sovetinin deputatı, kolxozçu Saray Rəşidova dedi ki, briqadamız Vətənə 300 ton pambıq verəcək.
Heydər Əliyev briqadanın tarla düşərgəsinə baxdı. Dedi ki, düşərgəniz yaxşıdır, amma genişləndirin. İstirahətinizə lazımi şərait yaradılmalıdır.

Ölkə rəhbəri düşərgədəki kitabxanada köhnəlmiş kitablara baxdı, məsləhət bildi ki, burada kolxozçuya lazım olan, kənd təsərrüfatı işini izah və şərh edən ədəbiyyat qoyulması vacibdir.
Rəhbər Zərdab şəhərinin Kür sahilinə baxdı, Kür daşqınının qarşısını almaq üçün görülən işlərlə maraqlandı. Hörmətli qonaq Kür sahilində Böyük Vətən müharibəsi iştrakçıları və qurbanlarının xatirə abidə kompleksinin, yay kino-teatrının, Kürkənarı restoranın və b. binaların su içində olmasını, xeyli pambıq və taxıl sahəsinin su altında qalmasını narahatlıqla müşahidə etdi. Ulu öndər Kür sahilində yaşayan, daşqından evlərinə ziyan dəyən şəhər sakinləri ilə səmimi söhbət etdi.
Hörmətli qonaq Kür sahilini gəzərkən qocaman veteran  A. İsgəndərov onunla görüşdü və dedi ki, şəxsən Sizin yaxından köməyiniz sayəsində sahildə yaşayan əhali fəlakətdən qorunacağına qəti əmindir. Əgər Sizin köməyiniz, Rayon Partiya  komitəsinin və 1-ci katib Fikrət Əfəndiyevin gecə-gündüz səyləri olmasaydı biz evsiz-eşiksiz qalardıq. Bu qayğı üçün şəxsən Sizə Zərdab zəhmətkeşlərinin dərin minnətdarlığını bildirirəm.

Həmin gün mədəniyyət şöbəsində Heydər Əliyev rayon fəallarının yığıncağını keçirdi. Ölkə rəhbərini zərdablılar ayağa qalxaraq gurultulu alqışlarla qarşıladılar.
Yığıncağı rayon PK-nın birinci katibi Fikrət Əfəndiyev açdı.
İstehsalın səmərəsini və keyfiyyəti yüksəltmək sahəsində vəzifələr, beşilliyin 3-cü ilinin plan və öhdəliklərinin yerinə yetirilməsinə yönəldilən tədbirlər müzakirə olundu. Zərdabi adına kolxozun sədri Nurəhməd Müzəffərov, camışçılıq sovxozunun (Bəyimli qəsəbəsi) baş çobanı, ümumittifaq komsomolu XVIII qurultayının iştrakçısı F. Kərimov, Engels adına kolxozun (Məlikli kəndi) sədri Seyid Hüseynov, K. Marks adına kolxozun pambıqçısı Qəmzə Əmirova, Kalinin adına kolxozun sədri Abduləziz Niftəliyev çıxış etdilər.
Sürəkli alqışlarla qarşılanan ölkərəhbəri Heydər Əliyev böyük və tarixi nitq söylədi.
Ümummilli lider Heydər Əliyevin Zərdaba səfəri barədə 1978-ci il iyun ayının 1-də “Kommunist” qəzetində aşağıdakı məzmunda material dərc olunmuşdur:
Mingəçevir su anbarı istifadəyə verildikdən (1945-53-cü illərdə) sonra Kürün daşıb sahilləri basması təsadüfdən-təsadüfə baş verərdi. Belə bir real təhlükə Zərdab üçün son dəfə 1978-ci ilin may ayında yaranmışdı. Həmin təhlükəli vaxtda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş 1978-ci il may ayının 29-da Zərdaba səfər etdi, yerli əhali ilə, rayon rəhbərləri ilə görüşdü, daşqın təhlükəsinin qarşısını almaq üçün tövsiyələr və tapşırıqlar verdi, respublika paytaxtından və qonşu rayonlardan ağır texnika, torpaq daşıyan maşınlar, digər mexanizmlər səfərbər etdi, sahil bəndbərkitmə işləri sürətləndirildi. Heydər Əliyevin rəhbərliyi altında daxili imkanların tam səfərbər edilməsi, görülən əlavə ciddi tədbirlər nəticəsində Zərdab su altında qalmaq təhlükəsindən xilas edildi. Rayon
kolxozçuları kənd əməkçilərinə daimi qayğı üçün Heydər Əliyevə təşəkkürlərini bildirib onu əmin etdilər ki, qəbul edilmiş yüksək öhdəliklərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklər.
Heydər Əliyev Kürün daşması nəticəsində su basan yerlərə getdi, daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərlə tanış oldu, tapşırıq və göstərişlər verdi.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev bu sözləri 1978-ci il mayın 29-da – Kür çayında daşqının qarşısını almaq məqsədilə Zərdaba səfər edərkən rayon ictimaiyyətinin iştirakı ilə keçirdiyi müşavirədə söyləmişdir:
“Zərdab rayonunun zəhmətkeşləri təbii fəlakətlərə qarşı mübarizədə iradə, intizam, bacarıq göstərmişlər və indi təbii fəlakətin vurduğu zərəri mütəşəkkil qaydada aradan qaldırır, tarla və fermalarda işi gücləndirirlər”.

Ulu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər ZərdabdaUlu öndər Zərdabda

3 ŞƏRH

  1. Ümummilli Liderimizi hörmətlə anıram. Allah rəhmət etsin, ruhu şad olsun! İnşaallah Azərbaycanımız dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksələcək.

  2. Bu yazılanlar hansı mənbədən götürülüb. Deyə bilərsinizmi Heydər Əliyev niyə birinci səfərini sizin qeyd etdiyiniz kimi desək geridə qalmış kolxoza edib. Niyə görə daha cox məhz Xələf Hacıyevin sədr olduğu kolxozun briqadaları gəzib. Bəlkə Qənirə Abbasova kimi pambıqçı Zərdabda yox idi. Q.Abbasova məhz Xələf Hacıyevin kolxozunda işlədiyi üçün deputat seçilmişdir. Qoyduğunuz şəkillər də mövqeyinizin qərəzli olduğunu göstərir.2007-ci ildə dünyasını dəyişmiş şəxs sizi niyə narahat edir onu başa düşmədim

  3. Hörmetli Telli xanım, bizim üçün Zerdabın her bir merd, saf, gözel insanı doğmadır. Bizim heç kime qarşı qerezimiz yoxdur ve ola da bilmez. En azından ona göre ki, bizim yaşımız adını çekdiyiniz insanın iş tecrübesinden de azdır….
    Biz kimik ki, onlara qarşı qerezli olar. Niye bu qenaete geldiyinizi anlamış deyilem.
    Bir daha deyirem, hamısı böyüyümüzdür ve hamısına böyük sevgimiz ve reğbetimiz var.

Comments are closed.