Zərdabda 20 yanvar şəhidlərinin xatirəsi yad edildi – Fotolar

0
19

Zərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin 20 yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Mərkəzin direktoru Könül Rəhimova açaraq 1990-cı ilin yanvarında Sovet hərbi birləşmələrinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən söhbət açıb. O, baş vermiş qanlı hadisələrdən dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edib. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bədii və sənədli film nümayiş etdirilib. Digər çıxış edənlər 20 yanvar hadisələrinin xalqımızın tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıblar. Daha sonra şəhər 1 saylı məktəb-liseyin şagirdlərinin və 1 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının hazırladıqları “Biz sizə borcluyuq, igid şəhidlər” adlı kompozisiya nümayiş etdirilib.

Zerdab.com

Zərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev Mərkəzi