Zərdabın 102 yaşlı sakini Ummahanı nənə: “Çox əziyyətlər çəkmişəm”

22

 

Zərdabın Aşağı Seyidlər kəndi
102 yaşlı Ummahanı Nağıyeva Aşağı Seyidlər kəndində yaşayır.

Zərdabın uzunömürlü sakini Ummahanı Nağıyeva: “Gəncliyimdə çox zəhmətkeş olmuşam, əzab-əziyyətlər görmüşəm”

 İllər keçdikcə dünyada uzunömürlü insanların sayı sürətlə azalır. Bunun da müxtəlif səbəbləri var. Ən böyük səbəblərdən biri rejimsiz həyat sürmək və qidalarda artıq təbiiliyin qalmamasıdır. Xüsusən də, böyük şəhərlərdə və paytaxtlarda yaşayanların uzun ömür sürmələri artıq mümkünsüzə çevrilib. Bu durum ölkəmizdə də müşahidə olunmaqdadır. Amma rayonlarımızda uzunömürlü insanlarımızın sayı kifayət qədərdir. Onlardan biri də Zərdab rayon sakini Ummahanı Nağıyevadır. 1912-ci il təvəllüdlü Ummahanı nənə Zərdabın Aşağı Seyidlər kəndində yaşayır və bu rayonun ən uzunömürlü sakinidir. Biz də bunu nəzərə alaraq, onun evində qonaq olduq.

4 oğlan və 4 qız anası olan Ummahanı nənənin eyni zamanda 30 nəvəsi də var. 102 yaşı olmasına baxmayaraq, Nağıyeva gümrah görünür və hələ də ev işlərinə kömək edir. Amma o, heç də rahat həyat tərzi sürməyib: “Deyirlər ki, dərdi-səri olmayan, əziyyət çəkməyən insanlar çox yaşayırlar. Ancaq mən gəncliyimdə çox zəhmətkeş olmuşam, əzab-əziyyətlər görmüşəm. Bu qədər uşağı saxlamaq asan iş deyil. İndikilər 2 uşağa baxa bilmirlər. Bizim dövrümüzdəkilər həm işləyirdilər, həm də 8-9 uşaq saxlayırdılar”.

Ummahanı nənənin şəxsiyyət vəsiqəsində 1912-ci il təvəllüdlü olduğu göstərilsə də, o, bunun dəqiq olub-olmadığını bilmir: “Neçə yaşımın olduğunu dəqiq bilmirəm. Bəlkə də, şəxsiyyət vəsiqəsində yazılandan 1-2 yaş kiçik və ya böyük ola bilərəm. Ümumiyyətlə, o vaxtın adamlarının çoxu yaşını dəqiq xatırlamır. Sovet dövründə şəxsiyyət vəsiqəsi harada idi?”

Ummahanı nənə həyat yoldaşının müharibə veteranı olduğunu bildirdi: “Həyat yoldaşım o vaxt bizi qoyub, müharibəyə getdi. Veteran pulu alırdıq, amma çox az. Kişini 72 yaşında itirdik. Ondan razı idim. Məni yaxşı saxlayırdı”.

Bir əsrdən çox yaşayan Ummahanı Nağıyeva övladlarından da razılıq bildirdi: “Gəncliyimdə çox əziyyət çəksəm də, həyatımdan razıyam. Düzdür, əvvəlki kimi, ev işlərinə çox kömək edə bilmirəm. Elə oturduğum yerdə kartof-soğan soyuram, köməyim də bundan ibarət olur. Sağ olsun, gəlinim işləməyimə imkan da vermir. Ümumiyyətlə, həm övladlarım, həm də gəlinlərim mənə yaxşı qulluq edirlər. Hamısından razıyam”.

Ruslan Sadıqov, “Çempion” qəzetinin redaktoru.

Xüsusi olaraq Zerdab.com üçün.Zərdabın Aşağı Seyidlər kəndi

Zərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndiZərdabın Aşağı Seyidlər kəndi

22 ŞƏRH

  1. Ayda ummahani nene . taniyirame bunu Allah omur versin. bu hele yasiyir???

  2. Aşagı seyidlər müəllim o uşaxda Abdulun qızıdı Ədalətin nəvəsi nənədə Eyibin anasıdı

  3. Bu wekli hardan tapiblar.hec bilmirdim 102 yawi oldugunu.Awagi Seyidler kendinda yawayir.xalamin qaynanasi.Sona wirindi wirin

  4. BU WEKILDEKI MENIM NENEMDIR ATAMIN ANASIDI.ALLAH OMUR VERSIN NANA SANA BALALARINLA,NAVALARIN VA NATICALARINLA.AMIN.AMIN.

  5. Aaa umahani nenem umahani nene menim bibim gularenin Qaynanasidi menim eziz umahani nenem

  6. Menım babamın doğsan yaşi var xestelenib getırbler xestexanaya Abdullah dogtor deyıb nıye goymursuz ölsün bunu görüb xesteler gorxur bu da hekim

  7. Hami addelni oz adinnan yazib.Nenem neve ve neticelerin seni cox sevir.

  8. Allah Ummahani neneye uzun omur can sagligi versin, men onun neticesiyem:)

Şərh yaz

Please enter your comment!
Please enter your name here

1 × 4 =