Kənd təsərrüfatı elmləri namizədi, həmyerlimiz Məmmədtağı Həsənov

0
kitab

kitabHəsənov Məmmədtağı Məhəmmədəli oğlu 1932-ci ildə anadan olmuşdur. Orta məktəbi Zərdab şəhərində bitirmişdir. 1943-1947-ci illərdə orduda xidmət etmişdir. Böyük Vətən müharibəsində 416-cı Taqanrok Azərbaycan diviziyasının tərkibində top komandiri olmuş, Mozdokdan Berlinədək döyüş yolu keçmişdir. 1947-ci ildən Zərdab rayon komsomol komitəsinin katibi işləmiş, 1955-ci ildə Ağdaş Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir. 1955-1957-ci illərdə Sankt-Peterburq Bitki Mühafizəsi İnstitutunda ali təhsil almış, 1957-1960-cı illərdə Zərdab MTS-də entemoloq-aqronom, 1960-cı ildən 1980-ci ilə kimi rəis işləmişdir. Aspirantura bitirmiş, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. “Qırmızı Əmək Bayrağı” ordeni, ümumiyyətlə, 5 orden və 9 medalla təltif olunmuş, 1974-cü ildə “Əməkdar aqronom” fəxri adına layiq görülmüşdür. Həsənov Məmmədtağı Məhəmmədəli oğlu 2008-ci ildə Gəlmə kəndində vəfat etmişdir. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 12 =