“Mən yadına düşərəmmi?”də kədər də var, əsl sevgi də…

1
27

gülHörmətli İsaməddin müəllim!

“Mən yadına düşərəmmi?” başlıqlı şeirinizi bir neçə dəfə oxudum. Artıq əzbərdən bilirəm, yaddaşıma həkk olunub.
“Mən yadına düşərəmmi?” başlıqlı şeirinizdə insani duyğulara, sevgiyə və hicrana aid nə varsa onu öz şəxsinizdə ürəyinizin istisi ilə çox gözəl vəsf etmisiniz.
Hörmətli İsaməddin müəllim, şeirinizdə qəm, qüssə, kədər də var, əsl sevgi, məhəbbət də. Eyni zamanda şeirdə ilin hər bir fəslini, təbiətin mənzərəsini, məhəbbət, eşq yanğısını, ayrılıq həsrətini çox gözəl bir ahənglə qələmə almısınız.
Bununla gənclərimizdə torpağa bağlılığın, gənclərimiz arasında əsl sevginin, məhəbbətin heç bir zaman unudulmaz olduğunu diqqətə çatdırırsınız.
Bu şeirdə söylənilənlər gənclərimiz üçün, eləcə də valideyn olan kişi və qadınlar üçün örnək, həyat dərsi kimi qəbul olunmalıdır ki, sevib-sevilən gənclərimiz gələcəkdə yanıb-yaxılmasınlar, ayrılıq yanğısı, həsrəti keçirməsinlər.
İsaməddin müəllim, həyat dərsi olan şeirləriniz, yazılarınız çoxdur. O gün olsun ki, onların hamısı kitab şəklində işıq üzü görmüş olsun.
Qələminizdən çıxan yüzlərlə şeirlərdən biri olan, onu başa düşən insan üçün dəyərli olan bu şeirinizə görə Sizə öz dərin təşəkkürümü bildirir və Sizə yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Eldəniz Həsənov

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1 comment

  1. SALAM ELDƏNİZ MÜƏLLİM! Mənim şeirlərimlə bağlı qeydləriniz məni həm çox sevindirdi, həm də çox kövrəltdi. Düzünü deyim ki, qardaş, sənin gözəl insan, parlaq istedadlı alim və araşdırmaçı olduğunu yaxşı bilsəm də, şeirə, poeziyaya qarşı bu qədər həssas olduğunu bilmirdim. Çox dəyərli fikirlərinə görə ürəkdən təşəkkür edirəm. Çalişacam ki, yazdıqlarım sənin və bir çox dəyərli oxucuların qiymətləndirdikləri səviyyədə olmasa da, heç olmazsa fikirlərinizə uyğun səviyyədə olsun inşallah! Allah haminizi arzulariniza qovuşdursun çox dəyərli alim eloğlumuz, Zərdabişünas qardaşımız Eldəniz müəllim! Bir daha sonsuz təşəkkürlər!

Comments are closed.