Gəlmə kəndində maarifləndirmə tədbiri keçirilib – Foto

0

Gəlmə kəndi Zərdab rayon Gəlmə kənd tam orta məktəbində “Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş  “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın tələbləri baxımından təhsil müəssisələrində qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirildi

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbində yuxarı sinif şagirdləri, valideynlər, kənd ağsaqqalları, məktəb rəhbərliyinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Gəlmə kənd tam orta məktəbinin direktoru Gülağa İskəndərov açaraq qonaqları salamlamış, respublikamızda, eləcə də rayonumuzda gedən abadlıq-quruculuq işlərindən, təhsilə göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, ötən ilin sentyabr ayında rayonda tikilib istifadəyə verilmiş 3 yeni məktəb binası bunun bariz nümunəsidir.

   Rayon İcra Hakimiyyəti Başçısı Aparatında böyük məsləhətçi-Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Ceyhun Ağayev şagirdlər arasında aparılan tərbiyə işinin gücləndirilməsi tədbirləri barədə məruzə ilə çıxış etdi. O, çıxışında icbari ümumi orta təhsilin həyata keçirilməsi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkil olunması, onların məktəbdə və məktəbdənkənar müəssisələrdə müxtəlif dərnəklərə cəlb olunmasının vacib məsələlərdən olduğunu bildirdi. Dərsdən yayınma, müxtəlif hüquq pozuntularının qarşısının alınması, narkomaniyaya qarşı mübarizə aparmaq üçün məktəb rəhbərliyi qarşısında duran vəzifələri qeyd etdi.

  Sonra Rayon Polis Şöbəsinin uşaq inspektoru Nicat Əliyev “Yetkinlik yaşına çatmayanlar arasında hüquq pozmalarına qarşı profilaktik işin gücləndirilməsi sahəsində təhsil müəssisələrinin qarşısında duran vəzifələr barədə”, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Veyisova “Qızların erkən yaşdan nikaha cəlb olunmasının qarşısının alınması sahəsində məktəb-valideyn əlaqələrinin rolu”, Mərkəzi Rayon Xəstəxanasının mama-ginekoloqu Elnarə Ağayeva “Uşaqlarının sağlamlıqlarının qorunması və erkən nikahın törətdiyi fəsadlar” mövzusunda çıxışlar etdilər.

  “Narkomaniyaya yox deyək!” və “Erkən nikah sosial bəladır” mövzusunda videoçarxlar nümayiş etdirildi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 Zərdab Rayon İcra Hakimiyyəti

Gəlmə kəndiGəlmə kəndiGəlmə kəndi