Zərdabda Məhəmməd Əmin Rəsulzadə anıldı

19
25

Zerdab39 saylı Zərdab şəhər Gənclər Kitabxanasının və şəhər Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən Veteranlar Klubu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbir keçirib. Zerdab.com saytı xəbər verir ki, tədbiri Zərdab şəhər Gənclər Kitabxanasının müdiri Səidə Xəlilova açdı. Kitabxananın əməkdaşı Gülxanım Vəliyeva Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” başlığı altında məruzə etdi. Veteranlar Klubun müdiri Sevinc Hüseynova Məhəmməd Əmin Rəsulzadənin keçdiyi “Ömür yolu”ndan danışdı. Tədbirdə idarə, müəsissə və təşkilatların əməkdaşları da iştirak etdilər.

19 ŞƏRH

  1. İctimai siyasi xadim M.Ə.Rəsulzadənin 130 illik yubleyi ilə əlaqədar keçirilən tədbirdə mən də iştirak etdim.M.Ə.Rəsulzadənin keçdiyi “Ömür yolu” haqqında çıxış xoşuma gəldi. Belə tədbirlərin keçirilməsi labüddür. Zərdab.com saytına təşəkkürlər.

  2. İctimai-siyasi xadim M.Ə.Rəsulzadənin 130 ilik yubleyi ilə bagli kecrilən tədbir təqdirə layiqdir. Belə tədbirlər insanlarin maariflənməsinə böyük kömək edir. M.Ə.Rəsulzadənin yaydığı Azəribaycancılıq ideyaları hec vaxt yaddan cıxmamalıdır

    Nicat müəllim! Mən də öz adimdan sizə minnətdaram ki belə tədbirləri öz sayıtınızda yayımlamısınız.

  3. Sevinc xanım, bu bizim insanlıq borcumuzdur. Men de Size teşekkür edirem.

  4. İbtidai sinif müəllimiyəm.Zərdab.comu vataşırı izləyirəm.Belə tədbirin kecrilməsini oxudum cox sevindim. Belə tədbirlər bir müəllim kimi məni də sevindirir.M.Ə.Rəsulzadə kimi insanlarin gördükləri işləri gələcək nəsillərdə bilməlidir.
    “Bir kərə yüksələn bayraq bir daha enməz”
    Zərdab.coma könül dolusu sevgilər.

  5. Sən bizimsən,bizimsən,durduqca bədəndə Can
    Yaşa-yaşa cox yaşa,ey şanlı Azərbaycan!

    İbrətamiz bir iş.Hec bəlkədə cox yerdə M.Ə.Rəsulzadə yada düşülmür.
    Halal olsun sizlərə.

  6. Sən bizimsən,bizimsən,durduqca bədəndə Can
    Yaşa-yaşa,cox yaşa ey şanlı Azərbaycan!.

    Cox ibrətamiz bir iş.Elə yrlər var ki hec M.Ə.Rəsulzadə yada düşülmür.Əhsən sizlərə.
    Məlumat ücün sag ol,Zərdab com

  7. Ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin 130 illik yubleyi ilə bagli kecirilən tədbirdə məndə iştirak etdim və tədbir cox xoşuma gəldi.Rayonumuzda bele tədbirlərin keçirilməsinə cox sevinirəm.Ən azından biz gənclər ucun cox faydalidir.
    Zərdab.com sayitinda oz əməyi olanlara cox sag olumu bildirirəm ki bele bir tədbirləri seve seve saytda yerləşdirirlər.

  8. Turklar Ataturka neca dayar verdiyi hamimiza malumdur.Bizlar Mammadamina laiq oldugu dayari veririkmi Nicat muallim.saytinizda Rasulzada haqqinda kicicik bir malumat verdiyiniz ucun,sizlara boyuk tasakkurlar.

  9. Hörmətli Nicat Müəllim sizə təşəkkür edirik ki,bizim M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı keçirdiyimiz tədbiri öz saytınızda işıqlandırdınız.Həmişə həyatınız nurlu və işıqlı olsun.Təşəkkürlər…

  10. İnzibati binada yerləşən Zərdab Toxum Müfətişliyinin gənc mütəxəsisi olaraq məndə M.Ə.Rəsulzadənin 130 illik yubileyində iştirak etdim.Tədbirdə çıxış edən əməkdaşların məruzələrini dinlədim.Tədbiri bəyəndim.Belə tədbirlərin keçirilməsini qiymətləndirirəm.

  11. Bir gənc olaraq belə tədbirlərin tez-tez keçirilməsini vacib olduğunu düşünürəm.Ən azından bütün gənclər məlumatlandırılır və bilmədiklərini öyrənirlər.Tədbirdə iştirak etdim,bir gənc işçi kimi bu tədbiri bəyəndim və qiymətləndirdim.Gənclərin maariflənməsində zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm.

  12. Məndə Bələdiyənin işçisi kimi tədbirdə iştirak etdim və çox bəyəndim.Belə tədbirlərin keçirilməsini dəyərləndirirəm.

  13. Azərbaycan xalq cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə öz cəsarətli fəaliyyətləri ilə Azərbaycanda ilk müstəqil dövlətin qurulması üçün güclü addım atdı.Məmməd Əmin Rəsulzadənin 130 illik yubiley tədbirləri çərçivəsində keçirilən tədbirlər kitabxana işçisi kimi məni də çox sevindirir.Hörmətli Gülxanım xanım tədbiriniz haqqında zərdab com sayitində oxudum.Sizə mərkəzi kitabxana işçiləri adından təşəkkür edirəm

  14. Əvvəla qeyd edim ki, M.Ə.Rəsulzadənin rayonumuzda anılması təqdirləlayiqdir. Buna görə də həmin tədbirdə əməyi olan hər bir kəsə və tədbiri saytda işıqlandıranlara təşəkkür edirəm. Amma yaxşı olardı ki, dövlət başçısının sərəncamı əsasında Rəsulzadənin 130 illiyi ölkə səviyyəsində geniş qeyd olunduğu halda bizdə də bu tədbir geniş qeyd olunaydı. Məsələn rayon mədəniyyət şöbəsi bunu geniş zalda qeyd edəydi. Bütün məktəblərdə və bağçalarda bu tədbir keçirələydi, sonuc olaraq Təhsil Şöbəsi böyük bir elmi-kütləvi konfrans təşkil edəydi. Gənclər və İdman İdarəsi bu münasibətlə silsilə t ədbirlər həyata keçirəydi. Məsələn bizim rayonda Şahmat məktəbi uzun illərdir ki, hər il Rəsulzadənin xatirəsinə həsr olunmuş turnir keçirir. Bu hal özü çox müsbət bir örnəkdir. Bu il ölkəmizdə mütəmadi olaraq Rəsulzadəyə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.Odur ki, bu istiqamətdə rayonumuzda da müxtəlif silsilə tədbirlərin keçirilməsi arzuolunandır.

  15. İnsanlara hürriyyət, millətlərə istiqlaq !
    Hörmətli Gənclər kitabxanasının işçiləri M.Ə Rəsulzadənin 130 illik yubiley tədbirlərinə qoşulduğunuz üçün sizə təşəkkür edirəm.

Comments are closed.