Zərdabda fərqlənən gənclər mükafatlandırıldı – FOTOLAR

6
24

Zərdab - Gənclər Günü             2 Fevral Gənclər Günü münasibətilə Zərdab rayonunda “Natiq” şadlıq sarayında zərdablı gənclərin ümumrayon toplantısı və təntənəli mərasim keçirilmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.

Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyəz və gənclərə etimadı öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə göstərilən böyük diqqətin nəticəsidir. İlkin Əliyev gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirmiş, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışmışdır.

Rayon gənclərinin nümayəndələri çıxış edərək 2013-cü ildə rayonda gənclər üçün yaradılan şəraitdən də ətraflı danışmış, onlara göstərilən diqqət və qayğıya görə Dövlət Başçısına gənclərin minnətdarlıqları bildirmişlər.

Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış etmiş, 2013-cü ildə ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclərə qiymətli hədiyyələr təqdim etmişdir.

Tədbir konsert proqramı ilə davam etmişdir.

 Zərdab Rayon İcra Hakimiyyəti

Zərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər GünüZərdab - Gənclər Günü

6 ŞƏRH

  1. 2 fevral gencler gunu munasibeti ile sizi tebrik edirem gencliyin qedrini bilin onu deyerlendirin genclik bir daha geri donmeyir genclikden yararlanin yasayin yaradin azerbaycan gencleri nece gesur merd olurlar butun dunyaya tanidin veteni ucun canlarindan qanlarindan kecirler Cenab Prezdentimizde gencleri destekleyir hemise ireli cekir genclere ugurlar gelecek islerinizde basarilar dileyirik

  2. “Gənclər xalqımızın, millətimizin, ölkəmizin gələcəyidir.”Bu sözlərin müəllifi ulu öndərimiz Heydər Əliyev respublikayarəhbərliyinin bütün dövrlərində gənclərin hərtərəfli inkişafı, onların ölkə həyatında fəal mövqe tutması üçün əlindən gələni edirdi.Bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə durur-öz xalqına,dövlətinə, ölkəsinə ləyaqətlə xidmət etmək, həyatda fəal olmaq.

  3. Biz gənclərə göstərilən yüksək diqqət və qayğıya görə Zərdab gəncləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayonumuzun rəhbəri cox hörmətli Lütvəli Babayevə dərin minnətdarlığımızı bildiririk.

  4. Cenab prezdentimiz hemise genclere diqqet ve qaygi gosterir.Bascimizda butun islerinde Cenab prezdente sadiq oldugu kimi,gencler siyasetindede sadiqdir.

Comments are closed.