Zərdab rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirildi

1

Zərdab rayon Heydər Əliyev MərkəziZərdab rayon Heydər Əliyev Mərkəzində “Hər bir gənc üçün mükəmməl örnək – Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında Ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir” mövzusunda görüş keçirilmişdir. Görüşdə çağırış yaşına çatmış gənclər və rayon məktəbliləri iştirak etmişdir.

Mərkəzin direktoru Könül Rəhimova çıxış edərək müstəqil dövlətimizin üzərində bərqərar olduğu dayaqlardan birinin də, heç şübhəsiz Azərbaycan gəncliyinin olduğunu qeyd etdi. Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu,  Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin önəmli yer tutduğunu görüş iştirakçılarına çatdırdı.

Daha sonra Mərkəzin əməkdaşı Gülər Məmmədova “Azərbaycan Gəncliyi 2011-2015 Dövlət Proqramı” çərçivəsində gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı “Hər bir gənc üçün mükəmməl örnək – Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir” adlı məruzə ilə çıxış etdi.

Zərdab Rayon İcra Hakimiyyəti

Zərdab rayon Heydər Əliyev Mərkəzi

1 comment

  1. Gənclik böyük qüvvədir.Əminliklə demək olar ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq sübut edib. Gəncliyin olkə başçısi İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlarla imza atacaq.Azərbaycan gənci ilk növbədə özünə güvənməlidir.Cəmiyyətdə təsdiq olunmaq üçün gənc özü təşəbbüs göstərməli, bacarıq və qabiliyyətini nümayiş etdirməlidir.İnsanda inam olarsa, o istənilən şəraitdə özünə yer tapa bilər.Bu baxımdan uğur qazanmaq üçün düşünürəm ki,ilk növbədə gənclər fəal olmalıdır.Çox hörmətli Könül xanım çox şadam ki,siz məhz belə gənclərdənsiniz.Könül xanım sizə Gülər xanıma təşəkkür edirəm.Arzu edirəm ki, həmişə belə gözəl, bacarıqlı, fəal olasınız.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 2 =