Zərdab Rayon Prokurorluğunun məlumatı

0
25

Zərdab Rayon Prokurorluğunun əməkdaşları yerlərdə vətəndaşların qəbuluna başlayıb. www.zerdab.com saytı prokurorluğun məlumatına istinadən xəbər verir ki, ilk belə görüş aprelin 11-də Körpükənd kənd icra nümayəndəliyində təşkil olunub. Qəbulda rayon prokuroru Bəhruz İbrahimov şəxsən iştirak edib.
Növbəti belə görüş may ayının 24-də Qaravəlili kənd icra nümayəndəliyində, saat 11:00-da keçiriləcək. Vətəndaşların müraciətini prokuror köməkçisi S. Ağayev dinləyəcək.
Digər qəbul isə iyun ayının 8-də Dəliquşçu kənd icra nümayəndəliyində, saat 11:00-da təşkil olunacaq. Bu qəbulda da vətəndaşların müraciətini Zərdab rayon prokuroru B. İbrahimov dinləyəcək. Maraqlanan şəxslər görüşdə iştirak edə bilərlər.

www.zerdab.com