Prezident Administrasiyası rəsmisi Zərdabdan göndərilmiş məktubdan danışdı

0
25
Süleyman İsmayılov
Süleyman İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov “Azərbaycan Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri” adlı məqaləsində Zərdab rayonundan Prezident İlham Əliyevə ünvanlanmış məktubdan da bəhs edib. Bu barədə Zerdab.com saytı məlumat yayıb. Məqalədə deyilir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan müraciətlər də cənab Prezidentin gördüyü işlərin əhəmiyyətini və xalqın bu işlərə yüksək qiymət verdiyini, öz Prezidentinə inandığını bir daha təsdiq edir. 2013-cü ildə dövlətimizin başçısının ünvanına ölkə vətəndaşlarından, həmçinin xarici ölkələrdən Azərbaycanın sürətli inkişafına nail olduğuna, onun beynəlxalq nüfuzunu və iqtisadi potensialını artırdığına, əhalinin böyük etimadını qazandığına görə minlərlə minnətdarlıq məktubu daxil olmuşdur.

2013-cü ildə Azərbaycanda və bir çox xarici ölkələrdə ulu öndərimiz Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmalarının 90 illik yubileyləri qeyd olunduğu kimi, vətəndaş müraciətlərində də onların əziz xatirəsi hörmətlə yad edilmişdir. Zərdab rayonundan Ataş Abdullayev yazır: “Cənab Prezident, atalar yaxşı demişdir ki, ot kökü üstə bitər. Axı, Siz ulu öndər Heydər Əliyev işinin davamçısısınız. Heydər Əliyev Azərbaycan üçün, Azərbaycan xalqı üçün yaşayıb yaratmışdır. Ananız Zərifə xanım şəfqətli əlləri ilə insanların gözlərinə dünya işığı verən humanist bir həkim olmuşdur. Bax, Siz və Sizin ailəniz bu köklərdən qüvvət alıb bəhrələnmisiniz. Cənab Prezident, mən dünyada elə bir dövlət başçısı, elə bir Prezident tanımıram ki, Sizin ailənizin üzvləri kimi öz ölkəsinin siyasi və sosial-iqtisadi inkişafında öz Prezidentinə bu qədər yaxından kömək etmiş olsun”. Göstərmək lazımdır ki, daxil olan minnətdarlıq məktublarında ölkə Prezidentinin misilsiz işləri qeyd edilərkən, ulu öndərimiz Heydər Əliyevin müdrik, humanist, xilaskar siyasətini uğurla davam etdirməsi xüsusilə vurğulanır”.