Zərdab şəhər 3 saylı tam orta məktəbdə görüş; onlar bizim fəxrimizdir

10
52

Zərdab şəhər 3 saylı tam orta məktəb

Bu gün Zərdab şəhər 3 saylı tam orta məktəbdə respublikanın ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Əhmədova tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Bu barədə Zerdab.com saytına məktəbin müəllimi Muxtar Əlizadə məlumat verib. Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru Rəna Əhmədova bildirib ki, məktəbimizdə ali məktəblərə daxil olan gənclərin sıralarının ildən-ilə artması təhsil ocağımızın düzgün yolda olduğunu bir daha sübut edir. Rəna Əhmədova məktəbin uğurlarında əməyi olan hər kəsə minnətdarlığını bildirərək bundan sonra da yorulmadan çalışmağın vacibliyini diqqətə çatdırıb. Çıxış edən müəllimlər, valideynlər və tələbələr tarix müəllimi Nizami Dövrüşovun rəhbərlik etdiyi sinifdən 18 nəfərin ali məktəblərə qəbul olunmasını yüksək nəticə kimi qiymətləndiriblər. Oxuduqları ali məktəblər barədə məlumat verən tələbələr bundan sonra da rayonumuzun uğurları üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Zerdab.com

Zərdab şəhər 3 saylı tam orta məktəb

Zərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəbZərdab şəhər 3 saylı tam orta məktəb

FOTOLAR: MUXTAR ƏLİZADƏ

10 ŞƏRH

  1. salam.men de 3 sayli mektebin 11 b sinfinde oxudugum ucun hemise fexr etmisem ve edecemde.mende bir telebe kimi menim uzerimde zehmetleri olan butun muellimlerime ve valideynlerime oz tesekkurumu bildirirem.telebe olmaq isteyen butun sagirdlerede bu telebe heyatini yasamagi arzulayiram.telebe olmaq insan heyatinda cox gozel hissdi.bunun ucunde zehmet qatlasib oxumqa lazimdir.sonda valideynlerime ve butun muellimlerime uzun omur,can sagligi arzulayiram.insallah mende bundanda daha yaxsi ugurlar elde ederem.men tarix-cografiya ixtisasinda oxudugum ucun isdeyerdimki inistutu qutarandandan sonrada mende tarix fenninde boyuk heves yaradan Nizami mellimin,direktorumuz R.Ehmedovanin hemcinin anam Sevinc muellimenin,cografiyadan ise mene bilikler oyreden Ulviyye muellimenin davamcisi olum.bu tedbiri teskil eden muellimlerede tesekkurumu bildirirem.

  2. Salam.Şagirdlərinizin əldə etdiyi naliyyətlərə görə sizi təbrik edirik Rəna müəllimə.Uğurlarınız əbədi olsun daha çox naliyyətlər qazanasınız.Kitabxananın keçirdiyi tədbirlərdə bizə yaxından köməklik göstərdiyinizə görə sizə, Nuranə müəlliməyə və kitabxananın fəal oxucu olduğuna görə şagirdlərinizə kitabxananın əməkdaşı kimi təşəkkür edirik.

Comments are closed.