Zərdabda əhali tibbi müayinədən keçiriləcək

0
21

Tibbi müayinəPrezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək respublika əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilir. Bu məsələ ilə bağlı tapşırıqların icrasını təmin etmək və tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsinə nail olmaq məqsədilə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev sərəncam imzalamışdır. Sərəncama əsasən, rayon əhalisinin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik əsasında tibbi müayinədən keçirilməsini təşkil etmək üçün komissiya yaradılmışdır. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin təşkili üçün rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətova tapşırıqlar verilmiş, həmçinin rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə, idarə və təşkilat rəhbərlərinə tədbirin yüksək səviyyədə təşkili üçün əhali arasında geniş təşkilati izahat işləri aparmaq tapşırılmışdır.

Ələkbər KƏRİMOV, “Əkinçi”nin müxbiri.