Zərdabın daha 2 kəndinə qaz verildi; Lütvəli Babayev açılış etdi

4
33

ZƏRDAB

İsaqbağı və Böyük Dəkkə kəndlərinə mavi yanacaq verildi

Son illər Zərdab rayonunda 320-yə qədər sosial təyinatlı obyekt istifadəyə verilib. Kənd yaşayış məntəqələrində infrastrukturun müasirləşdirilməsi istiqamətində konkret addımlar atılıb. Zərdab Rayon İcra Hakimiyyəti Başçısının İsaqbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 292 təsərrüfatda 1328 nəfər əhali yaşayır. Rayonun digər yaşayış məntəqələrində olduğu kimi bu nümayəndəlikdə də son illər sosial infrastrukturun müasirləşdirilməsi üçün mühüm işlər görülüb.

Nümayəndəliyin ərazisində 220 şagird yerlik müasir məktəb binası, sutəmizləyici qurğu, bulaqlar, ATS və poçt binaları inşa edilib, 2 körpələr evi-uşaq bağçası əsaslı şəkildə yenidən qurulub. İsaqbağı və Böyük Dəkkə kəndlərində geniş zolaqlı internet istismara verilib. Kürün hər iki kəndin ərazisindən keçən 12 km-lik hissəsində bəndbərkitmə tədbirləri həyata keçirilib. Eyni zamanda Sudan İstifadəedənlər Birliyi üçün inzibati bina tikilib, su nasos stansiyaları daha məhsuldarları ilə əvəz olunub. Bu gün isə kənd sakinlərinin daha bir mühüm sosial problemləri öz həllini tapıb. Belə ki, hər iki yaşayış məntəqəsində 273 abonent mavi yanacaqla təmin olunub. Bu məqsədlə 20871 paqonometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Fərdi tənzimləyicilər quraşdırılıb. Mavi yanacağın verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev sakinləri bu əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, indiyə kimi rayonda 9 yaşayış məntəqəsi mavi yanacaqla təmin edilib. Daha 8 kəndin qazlaşdırılmasında son tamamlama işləri aparılır. Qeyd edib ki, Prezident İlham Əliyevin iradəsi nəticəsində ölkə boyu ən ucqar kəndlərdə belə qaz xətləri çəkilir. Bu, ölkə başçısının xalqa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Mərasimdə çıxış edən sakinlər onlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər. Rəmzi məşəl alovlandırıldıqdan sonra mərasim iştirakçıları evlərə baş çəkərək sakinləri bir daha təbrik ediblər.

Mərasimdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Araz Ağayev iştirak edib.

 Zərdab Rayon İcra Hakimiyyəti

ZƏRDABZƏRDAB1

4 ŞƏRH

  1. Çalli kendinin erazisinden qaz xetti keçir amma Çallı kendi qazsızdı bu ne derecede düzgündü

  2. Əgər bilən varsa mənə izah etsin:-Qaz çəkilişinin Prokurorluq,polis,MTN-lə nə bağlılığı var?
    İlham Əliyev cənabları tez-tez açılışlar edir və lent kəsir.Bir dəfə də olsun bu açılışlarda Baş Prokuror,Daxili İşlər Naziri və MTN şefinin İştirakını görmüsünümü?

  3. дэрзи палтарсыз, файтончу пийада олар…

  4. Cox sevindik.Sag eli bizim kendin basina.Tezlikle saytdan bunu da oxuyariq ins-h

Comments are closed.