Əlibəyli kəndinin yetirməsi Romada təhsil alır

2

Allahqulubağı kəndində dünyaya göz açan Müsəllim İsgəndərovdakı qeyri-adilik, hər şeyi daha tez qavramaq bacarığı hələ uşaq ikən çoxlarını heyrətləndirirdi. Əlibəyli kənd orta məktəbində oxuyarkən kitaba, elmə sonsuz həvəs göstərməsi, ən başlıcası isə xüsusi istedada malik olması onun işıqlı gələcəyindən xəbər verirdi. Bəli, bu oğlandakı yüksək keyfiyyətləri görənlər yanılmamışdılar. Müsəllim İsgəndərov hazırda Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsində təhsil alır. Bir müddət öncə kənddə yayılan daha bir xoş xəbər hamını çox sevindirdi. Gəncə Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Müsəllim İsgəndərovun bu elm ocağının vəsaiti hesabına İtaliyanın paytaxtı Roma şəhərindəki “Sapienza” universitetində təhsil almasına qərar verilmişdir.
Tələbə zamanın tələbidir. Vaxtın, zamanın Müsəllim kimi istedadlı gənclərimizə həmişə ehtiyacı var. Bununla belə, zamanın özü gənclərin qarşısında məsul tələblər qoyur. Bu tələbləri yerinə yetirən hər kəs daşlı-kəsəkli, dolanbac yollardan keçməli olur. Belə bir deyim də var ki, insan doğulduğu gündən yoldadır. Elmə, biliyə doğru addımladığını bu işıqlı yolda sənə yeni-yeni uğurlar arzulayırıq, Müsəllim!
“Əkinçi”

2 ŞƏRH

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten + eleven =