TQDK sədri Zərdab sakinləri ilə görüşəcək

0
Məleykə Abbaszadə
Məleykə Abbaszadə

TQDK sədri İmişli şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Zerdab.com saytına TQDK-dan məlumat verilib. İmişli şəhərində keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər.

Qəbul fevralın 28-də, saat 11:00-da İmişli şəhər Gənclər Mərkəzində (20 yanvar küç., 2) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( http://eservices.tqdk.gov.az/sedrinqebulu/)  və ya TQDK-nın Ağcabədi regional bölməsinə (Ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küç., 1) müraciət etmələri (əlaqə tel.: (021) 275-55-94) xahiş olunur.
Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon Təhsil Şöbələrində 18–27 fevral 2014-cü il tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × three =