Zərdabı təmsil edən futbol komandası finala vəsiqə qazandı

1

AFFA U-11 liqası Rayonumuzun futbol üzrə komandası Məhsul (Zərdab) – U-11 Liqası Mərkəz regionu üzrə finala vəsiqə qazanıb. Qeyd edək ki, AFFA U-11 liqası ötən ilin sentyabr ayından keçirilir.

Komandamız U-11 Liqasının Mərkəz regionunda Səhrab İsrafilovun rəhbərliyi ilə növbəti oyununa çıxıb. Göyçayın eyni yaş qrupundan ibarət komandasını 4:0 hesabı ilə məğlub edən komandamız İmişlidə keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Ümumilikdə, 6 aydır davam edən çempionatda 7 oyun keçirən komandamız 6 qələbə və 1 heç-heçə ilə 21 mümkün xaldan 19 xal toplayaraq 8 komanda arasında 2-ci yer tutub. Komanda üzvlərini başda məşqçi Səhrab İsrafilov olmaqla təbrik edirik. Qeyd edək ki, final mərhələsini izləmək və komandamıza azarkeşlik etmək üçün Zərdab rayonundan bir qrup gənc İmişliyə yollanmağı planlaşdırır.

Muxtar Əlizadə

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 3 =