Billurə Aslanqızının “Xocalıdan olan 5 yaşlı qızın nağılı”na cavab…

7
35

xocalıBillurə Aslanqızının “Xocalıdan olan 5 yaşlı qızın nağılı”na cavab və yaxud “mələklərin yöz yaşı”

Deyirlər dünyanın ən məşhur muzeylərinin birində ən faciəvi müharibənin ən sarsıdıcı bir eksponatı saxlanılır : bu həmin müharibədə anaların tökdüyü göz yaşlarının qorunub saxlandığı şüşə qablardır. Bilmirəm , bu nə dərəcədə həqiqətə uyğundur . Təkcə onu bilirəm ki , insan ruhunu bu mənzərəni seyr etməkdən daha çox heç nə sızlada bilməz. Amma gənc yazar Billurə Aslanqızının “ Xocalıdan olan 5 yaşlı qızın nağılı” məni elə təsirləndirdi ki , ağ qarın üstündə al qanına boyanmış bir körpənin son fəryadı sanki qulaqlarımda səsləndi. Xocalı qətliamı ilə bağlı oxuduğum bütün materiallar gözlərim önündən gəlib keçdi. Həmin hadisənin şahidi olan bir müəllif ( çox təəssüf ki, həmin yazarın adını və soyadını unutmuşam, amma dəqiq yadımdadır ki, həmin müəllif də qadın idi –T.A.) sonralar 1992-ci ilin 25 fevralından 26-na keçən gecə -Xocalı qətliamının baş verdiyi günü yazarkən təxminən belə bir fikir söyləmişdir ki, xilas olmaq ümidi ilə səssizcə (çünki bu əliyalın camaat silahlı düşmən qarşısından qaçırdı-T.A.) Ağdama doğru irəliləyənlərdən biri qucağındakı körpəsinin ağladığını görüb çox narahat olur. Çünki körpənin ağlar səsi erməni cəlladlarına çatsa , canını qurtarmaq istəyən yüzlərlə insanın həyatına son qoymaq demək idi . Ona görə məcburiyyət qarşısında qalan ana digər qaçanlarla yanaşı , yanındakı o biri uşaqlarını da xilas etmək ümidi ilə “ qucağında ağlayan körpəsini boğdu “. Mənə nağıl kimi görünən bu mənzərənu hətta xəyalımda belə canlandıra bilmirəm . Sonralar bir çox şahidlərin də qeydləri ilə tanış oldum.

Söyləyirlər ki, həmin gün yer qarla döşənsə də, göydən  yağış yağırdı. Bu yağış bəlkə də ağacların başında sırsıra bağlamış buzlardan süzülüb gəlirdi. Kim bilir… Bəlkə elə ərşə bülənd olan ahlara göydə mələklər ağlayırdı… Axı , həmin gecə  63 uşaq qətlə yetirilmişdi.Artıq göydə mələklər də dözə bilmirdi. Sanki Rəbbim onların vasitəsi ilə insanlara “ bir özünə gəl “ mesajı göndərərək meşələrdə sərgərdan qalmış soydaşlarımıza qurtulmaq üçün istiqamət verirdi. Qorxudan qurumuş dodaqlar mələklərin göz yaşı ilə islandı. Adamlar qoyub getdikləri viran qalmış şəhərinə son dəfə çönüb bir də baxdılar. Hər kəs qəlbində “ Sənə mütləq dönəcəyik , Xocalım “ – dedi .

 TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

7 ŞƏRH

  1. Diqqətinizə görə minnətdaram , gözəl qız ! Allah Sizi heç ağlatmasın.

  2. Bu gün də təbiət səhəri açılmayan Xocalıya göz yaşları tökür.Xocalıda şəhid olmuş ,amanzızlıqla qətlə yetirilmiş
    yaşlılara,qadınlara,uşaqlara Allah rəhmət eləsin.

  3. Bu cavab mektubunu oxuyanda mende ele bir guclu teessurat yarandi ki Xocali hadiseleri butun cilpaqligi ile gozumde canlandi.Terlan xanim, bilirsiniz ki, men sizin butun yazilarinizi seve-seve oxuyuram.Adice her hansi bir materiala serh yazanda da bu qeydler adama ele xos gelir ki, sanki bir meshur yazicinin eserinden bir fikir oxuyursan.Size gelecek yazilarinizda ugurlar arzulayiram.

  4. Çox sağ ol , çox hörmətli Gülxanım Vəliyeva ! Sizdən bu sözləri eşitmək mənim üçün çox xoşdur . Çalışaram ki , mənə ünvanladığınız bu dəyəri həmişə doğruldum .

  5. Çox həssassınız, çox kövrəksiniz Tərlan xanım!Vətən uğrunda ölənləri unutmağa haqqımız yoxdur.Bəli, onların adları həmişə anılacaq,yaddaşlara köçüb əbədiləşəcək solmaz şücaətləri nəsillərə örnək olacaqlar.Qəbirləri nurla dolsun!Qoynunda yatdıqları Vətən torpağında rahat uyusunlar! Bir vaxt olacaq,ev-eşiyindən didərgin düşən əzizləri də vətən torpağına qayıdacaqlar.Bu silsilə məqalələrinizlə bizləri hər dəfə o günlərə qaytarırsınız Tərlan xanım.

Comments are closed.