Gəlmə kəndində Xocalı faciəsinin qurbanları yad edildi

2
21

Gəlmə kəndiGəlmə kəndində kənd mədəniyyət evinin, kitabxana filialının və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə  həsr olunmuş “Səhəri olmayan gecə” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın azadlığı, müstəqilliyi  uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçıları məlumatlandırmış, bu faciənin qurbanlarının təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da yad edildiyini vurğulamışlar. Sonda Gəlmə kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş etdirilmişdir.

 Zərdab Rayon İcra Hakimiyyəti

2 ŞƏRH

  1. Hər xalqın, hər millətin tarixində elə anları, illəri olur ki, sonradan bu zaman kəsiyi onun salnaməsində əbədi yaşayır, illər ötdükcə o xalqın qan yaddaşına yazılır. Bunlardan biri də tarixə Xocalı soyqırımı kimi düşmüş hadisə-əsrin faciəsidir.Hörmətli İlahə xanım Xocalı soyqırımı ilə əlaqədar keçirilən silsiə tədbirlərə qoşulduğunuza görə izə təşəkkür edirik.

  2. Güllələnmiş şəhid şəhər oldu, Xocalı. İnsanlıq adına yazılmayan vəhşiliklərin qurbanı oldu,Xocalı.O,gecə hələ dün-
    yaya göz açmamış neçə körpənin ana bətni onların məzarı oldu.
    Namusunu qorumaq üçün neçə ana öz övladının qatili oldu.
    Erməni kafirləri törətdikləri ağılasığmaz vəhşiliklərdən zövq
    alirdılar.Çünki kafirlərdə insani hiss,insani düçüncə,Allah
    qorxusu yox idi.
    Xocalı şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Comments are closed.