ZƏRDABDA XOCALI SOYQIRIMI YAD EDİLDİ – FOTOLAR

1

Xocalı-Zerdab1Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Zərdab rayonunda silsilə tədbirlər keçirilmişdir. Bu münasibətlə 26 fevral 2014-cü il tarixdə rayonun əmək kollektivlərinin nümayəndələri, fəallar, veteranlar, ağsaqqal və ziyalılar, yuxarı sinif şagirdləri Şəhidlərə Xatirə parkını ziyarət etmişlər. Rayon rəhbərliyi Xocalı soyqırımına həsr olunmuş rəsmlərə və divar qəzetlərinə baxış keçirmiş, parkı ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar.

Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləmişdir. Qeyd etmişdir ki, həmin gün Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Xocalı faciəsindən sonra bu qanlı olayın miqyasını xalqdan gizlətməyə çalışan o vaxtkı respublika rəhbərliyi 26 fevralda baş verən erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi bir iş görmədi. Lakin sonrakı illərdə informasiya blokadasını yarıb Xocalıda baş verən qanlı hadisələri dünya ictimaiyyətinə çatdırmağa nail olan xalqımız, o dəhşətli gecədə həlak olan övladlarının xatirəsini əziz tutmağı, sağ qalanların dərdinə şərik olmağı da bacardı. Yalnız Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində zəruri tədbirlərin hamısı həyata keçirilərək soyqırımla bağlı geniş müzakirələr aparıldı. 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü və tövsiyəsi ilə Milli Məclis Xocalı soyqırımına siyasi qiymət verdi. Fevralın 26-sının Azərbaycanda milli matəm günü kimi qeyd olunması qərara alındı. 1997-ci ildən bu günədək hər il fevralın 26-da saat 17-də ölkə ərazisində soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Respublikamızın ayrı-ayrı bölgələrində Xocalı faciəsinin şəhidlərinin xatirəsi əbədiləşdirilmiş, abidələr ucaldılmışdır.

İcra başçısı bildirmişdir ki, hazırda dünyanın 10 ölkəsi – Pakistan, Meksika, Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Peru, Panama və Honduras ölkələri Xocalı soyqırımını tanımışlar. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması, erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri də danılmazdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da neçə illərdir ki, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu qanlı faciə ilə bağlı dünya gəncləri arasında geniş təbliğat və maarifləndirmə işi aparır və bu işlər bu gün də uğurla davam etdirilir.

Natiq vurğulamışdır ki, Ulu öndərimiz Heydər Əliyevin hər bir sahədə qalib gəlməyə qadir olan siyasi kursunu uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin işğala məruz qalan torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə apardığı ardıcıl siyasətin səmərəli olduğuna bu gün hamımız inanırıq. Möhtərəm Prezidentimiz hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində qətiyyətli fəaliyyət göstərir.

Sonra Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Daha sonra rayonun əmək kollektivləri və ictimaiyyət nümayəndələri tərəfindən Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Rayonun bütün məscidlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlər keçirilmiş, dualar oxunmuşdur.

Zərdab Rayon İcra HakimiyyətiXocalı-Zerdab1Xocalı-Zerdab3Xocalı-Zerdab5Xocalı-ZerdabZərdabXocalı-Zerdab4

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 1 =