Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində anım tədbiri

1
34

Zərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı Faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Ölüm doğdu o gecə” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri muzeyin direktoru Şahnaz Mustafayeva açaraq Xocalı faciəsində həlak olan bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sükutdan sonra Ş. Mustafayeva faciə haqqında geniş məlumat verdi. Muzeyin əməkdaşları Ş. Əliyeva və M. Abduyeva Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmasından danışdılar.

Tədbirdə şəhər ümumi orta məktəbin direktoru Ağasəlim İsmayılov, həmin məktəbin müəllimləri Cavadova Rəqibə, Əhmədova Rəhimə və məktəbin şagirdləri iştirak edirdi. Məktəblilərin ifasında maraqlı kompozisiya dinlənildi.

Tədbirdə Mədəniyyət şöbəsinin işçiləri, H. B. Zərdabi Muzeyinin, MKS-nin və “Əkinçi” qəzetinin əməkdaşı iştirak edirdi. Tədbir iştirakçıları Xocalı faciəsinə öz münasibətlərini bildirdilər.

Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru: Şahnaz Mustafayeva

Zərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyi

1 comment

Comments are closed.