Zərdabda məcburi köçkün həyatı yaşayan şuşalı Sitarə ana…

2
Şuşa

 

«Xarı bülbül” bağışlaya bilsəydim əgər…

Şuşa
Şuşanın işğal günü ilə bağlı İcra Hakimiyyətində keçirilən görüşdən sonra

 Hər dəfə Sizinlə qarşılaşanda eyni mövzudan təkrar danışırıq. Ancaq bu təkrarçılıq heç vaxt məni yormur. Əksinə, Şuşa ilə bağlı  hər söhbətimizdə mən Sizdən daha yeni bir şey öyrənirəm: Şuşanın füsunkar təbiəti, gözəl bulaqları, zəhmətsevər  insanları, məşhur yazarları, arif oxucuları məni heyran edir. Sitarə ana, elə Siz də öz söhbətlərinizlə məni heyran edirsiniz. Nə vaxt əhvalınızı soruşdummu, Ağabəyim Ağanın “Heç bilmirəm ömrüm necə gəldi, necə getdi…” misrasını elə söyləyirsiniz ki, sanki bu şairə xanım həmin məşhur misraları məxsusi olaraq Sizin üçün yazmışdır.

“Heç bilmirəm ömrüm necə gəldi, necə getdi…” Su kimi axan bu ömür karvanında artıq 22 ildir məcburi köçkün həyatı yaşayırsınız.

1992-ci ilin 8 mayında Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu. Həmin ərəfədə döyüşlər zamanı Şuşada aldığı yaradan xəstə yatan Misir Əliyev öz ailəsi ilə birgə Zərdabda yerləşdi. Çox keçmədi ki, o, Şuşa uğrunda gedən döyüşlərdə aldığı ağır yaradan məcburi köçkün kimi yerləşdiyi Zərdabda vəfat etdi və burada Gəlmə qəbirstanlığında dəfn olundu. Ailənin digər üzvləri isə Zərdabda məcburi köçkünlik həyatını yaşamaqdadırlar. İndi ailənin başçısı mərhum Misir Əliyevin həyat yoldaşı 2-ci dərəcəli əlil Sitarə Əliyevadır. Sitarə ana burada oğlu (2-ci dərəcəli əlil ), gəlini, qızları, nəvələri ilə birgə yaşayır. Onunla hərdən tədbirlərdə görüşürük. Hiss edirəm ki, bir ağbirçək kimi rayon ictimaiyyəti Sitarə anaya xüsusi hörmətlə yanaşır. Qadın yığıncaqlarına, xüsusi bayram şənliklərinə dəvət edirlər. Bir dəfə belə tədbirlərin birində öyrəndim ki, Sitarə ananın ad günü 8 Mart Beynəlxalq Qadınlar gününə təsadüf edir. Sonradan öyrəndiyim bu gecikmiş fürsətdən dərhal istifadə edə bilmədim. Sağlıq olsun, dedim məqamı yetişincə mənim də təbrik etmək növbəm çatar. Budur, həmin ərəfə gəlib yetişdi. Sitarə ananın 75 yaşı tamam olur. Qəlbi Vətən yaralı ananı təbrik etmək üçün ən gözəl ifadələr axtardım. Lakin  tapa bilmədim. Ürəyimdən bir arzu keçdi: kaş ki, bu əziz günündə sənə 75 olmasa da, bircə dənə “Xarı bülbül” çiçəyi bağışlaya bilsəydim əgər…

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.

Sitarə ana
Sitarə ana nəvəsi Hicranla

 

2 ŞƏRH

  1. Sitarə ana ! Sizin timsalınızda 8 Martda doğulmuş bütün anaları da təbrik edirəm.

  2. mende Sitare nenmi hem sekkizi mart qadınlar byramı münasibəti ilə həm də doğum günü münasibətilə təbrik edirem sene uzun ömür can salığı arzulayıram Sitarə nənə

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six + seven =