3 saylı orta məktəbdə erkən nikaha “yox” dedilər – FOTO

2
33

3 saylı orta məktəbZərdabda “erkən nikaha yox deyək” layihəsi çərçivəsində növbəti tədbir rayonun 3 saylı orta məktəbində keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti Aparatının məsul işçisi Ceyhun Ağayev, Aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının məsləhətçi psixoloqu Zamil Əliyev, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Bahar Qurbanova, Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Elnarə Ağayeva, RayonTəhsil Şöbəsinin aparıcı məsləhətçisi Rafiq İsayev çıxışlar etdilər. Onlar Azərbaycanda problemin təhlükəli hal aldığını xatırladaraq, bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğuladılar. Bildirildi ki, erkən nikahın fəsadlarının aradan qaldırılması və təkrarlanmaması üçün cəmiyyətdə nüfuz sahibi olan ziyalıların, ağsaqqalların gücündən maksimum istifadə olunmalıdır.

Muxtar Əlizadə3 saylı orta məktəb3 saylı orta məktəb3 saylı orta məktəb

2 ŞƏRH

  1. Bu saytin rehberliyinden xahish ederem ki, bir edebiyyat muellimi tapin…… Eyibdir vallah, ne vezifeler ne peshe adlari , nede qoyduqunuz shekiller 21-ci esrin teleblerine cavab vermir………..

  2. Hörmətli Əli bəy, bu saytın əməyi, zəhməti danılmazdır. yazıları da, şəkilləri də adətən 21-ci əsrin tələblərinə cavab verir. bəzən hərf səhvi və hansısa bir səhvin olması o demək deyil ki, bura ədəbiyyat müəlliminin nəzarəti lazımdır. amma sizin özünüzün yazdığınız bu 2 cümləyə ədəbiyyat müəllimi dəqiq lazımdır… bir də cümlənin sonuna 3 nöqtə qoyulduğunu bilirdim və bu 3 nöqtənin mənasının nə olduğunu da bilirəm. amma 6 və ya 11 nöqtə nə deməkdir, analmadım. bax, bunu ədəbiyyat müəllimi də izah edə bilməz məncə…

Comments are closed.