Zərdab sakini Bakıda dəhşətli qəzaya düşdü

0

qəzaBakının Binəqədi rayonunun ərazisində Bakı şəhər sakinləri Qalib Qurbanovun idarə etdiyi “VAZ-21070”, Səkinə Babazadənin sürdüyü “Mercedes”, Valeh Məmmədovun idarə etdiyi “Renault” və Zərdab rayon sakini Ceyhun Məmmədovun sürdüyü “VAZ-21074” markalı avtomobillər toqquşub.
Q. Qurbanova, S. Babazadəyə və onun avtomobilində olan sərnişin – Biləsuvar rayon sakini Fatimə Cəfərzadəyə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.