Zərdabda daha 5 kənd məktəbi üçün yeni binalar tikilə bilər

1
32

2 nömrəli tam orta məktəbZərdab rayonunda qəzalı vəziyyətdə olan orta məktəb binalarının əvəzində yeni binaların tikilməsi məqsədi ilə 3 dövlət qurumuna müraciət olunacaq. Zerdab.com saytının məlumatına görə, bu fikirlər “Əkinçi” qəzetində dərc olunmuş 2013-cü ilin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabatında yer alıb.

Bunlar qəzalı vəziyyətdə olan Dəli Quşçu, Əlibəyli və Sarıqaya kənd tam, Hüseynxanlı, Alıcanlı kənd ümumi orta məktəblərinin binalarıdır. Həmin məktəblər üçün yeni binaların tikilməsi məqsədi ilə Nazirlər Kabinetinə, Maliyyə və Təhsil Nazirliklərinə rəsmi şəkildə müraciət olunacaq. Bundan başqa, 1970-1980-ci illərdə tikilmiş və əsaslı təmir olunmamış şəhər 1 nömrəli məktəb-liseyin və 2 nömrəli tam orta məktəbin binasının əsaslı təmir olunması üçün də sözügedən qurumlar qarşısında məsələ qaldırılacaq.

Zerdab.com

1 comment

  1. yalandisada duz olsun allah agzinizdan esitsin kim isdemez usaqlar kohne mektebden teze mektebe eyaq bassin

Comments are closed.