Həsən Bəy Zərdabi muzeyi təmirdən sonra – FOTOSESSİYA

1
Həsən Bəy Zərdabi muzeyi

Həsən Bəy Zərdabi muzeyi      Məlum olduğu kimi, Prezident İlham Əliyevin 19 iyul 2012-ci il tarixli Sərəncamı ilə Zərdab rayonundakı Həsən Bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 300 min manat vəsait ayrılmışdı.

Artıq muzeydə təmir işləri başa çatıb. Zərdab şəhərinin mərkəzində yerləşən Həsən bəy Zərdabi muzeyində tikinti işləri sifarişçi təşkilat olan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılmışdı.

Obyektdə üst örtüyü tamamilə dəyişdirilib, köhnə fasadın üzlük hissəsi sökülərək aqlay daşı ilə üzlənib, həyətdə abadlıq işləri aparılıb, binada işıqlandırma sistemi dəyişdirilib, yeni istilik sistemi quraşdırılıb, pəncərə və qapılar dəyişdirilib, plastik pəncərələr, müasir qapılar quraşdırılıb.

Bundan əlavə, binanın daxilində bədii tərtibat işləri aparılıb, muzeyin təyinatına uyğun olaraq yeni inventarlar quraşdırılıb.

Həsən bəy Zərdabinin büstündə də bərpa işləri aparılıb. Ətrafda yeni yaşıllıqlar salınıb.

Qeyd edək ki, Həsən bəy Zərdabi irsinin toplanması və təbliği sahəsində Zərdab rayonunda fəaliyyət göstərən Həsən bəy Zərdabi Muzeyinin mühüm xidmətləri var. Muzeydə ümumilikdə 9 nəfər çalışır. Muzeyə Zərdabinin adı ilə bağlı olan eksponatların toplanması istiqamətində işlər bu gün də davam etdirilir. Muzeyin fondunda 330 eksponat var. Eksponatların 175-i əsas fondda, 155-i isə elmi köməkçi fonddadır. İstər rayon sakinlərinin, istərsə də, qonaqların bu muzeydə Zərdabi irsi ilə yaxından tanış olmaq imkanı var. H. Zərdabi Muzeyinə tez-tez gənclərin, ələlxüsus məktəblilərin ekskursiyaları təşkil edilir, eksponatlara səyyar baxışlar və rəngarəng mədəni-kütləvi tədbirlər keçirilir. Eksponatların toplanması, kəndlərdə H.Zərdabinin adı ilə bağlı olan hər bir əşyanın alınıb muzeyə qoyulmasına xüsusi əhəmiyyət verilir. Bu məqsədlə muzeyin əməkdaşları rayon sakinləri ilə mütəmadi əlaqədə olur, bu istiqamətdə hər hansı yenilik olarsa, dərhal zəruri addımlar atılır. Muzeydə Həsən bəy Zərdabinin sıx əlaqədə olduğu tarixi şəxsiyyətlərlə bağlı da eksponatlar nümayiş etdirilir. Bunlardan M. F. Axundov, A. A. Bakıxanov, N. B. Vəzirov, Ü. Hacıbəyov kimi şəxsiyyətləri xüsusi qeyd etmək olar.

Zerdab.com saytı oxuculara muzeyin təmirdən sonrakı fotolarını təqdim edir.

Həsən Bəy Zərdabi muzeyiHəsən Bəy Zərdabi muzeyiHəsən Bəy Zərdabi muzeyiHəsən Bəy Zərdabi muzeyiHəsən Bəy Zərdabi muzeyiHəsən Bəy Zərdabi muzeyi

1 comment

  1. Nə xoş bizə ki, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində İslam xeyriyyəçilik hərəkatının öncülü, dəyərli ustad Həsən bəy Zərdabinin unudulmayan xidmətlərini yad etmək üçün daha tez-tez gözəl məqamlarla qarşılaşırıq. Həsən bəy Zərdabi muzeyinin təmirdən sonrakı bu görünüşünü əks etdirən fotosessiyanı izlədikcə bu əziz günümüzdə də -xalqımızın milli bayramı olan Novruzda ustadımızı ehtiramla yad etməyi ozümə borc bildim. 1873-cü il martın 22-də Novruz bayramı günü Bakı realnı məktəbi həvəskarlar truppasının M.F.Axundovun “Hacı Qara” komediyasının tamaşaya qoyulmasında Həsən bəy Zərdabi çox mühüm rol oynamışdır.Zərdabi öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərmişdir.Bununla da O, Azərbaycan milli teatrının bünövrəsini qoymuşdur.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen − thirteen =